Rövşən Qənbərov
Kapakas
Ehhh... Cəfər müəllim, sən axı bir ay tez ölsəydin, dünyamı dağılardı?..
Biz universitetdə oxuyanda sevdiyimiz "Türkologiya" fənnini "zorla" gözümüzdən salan, onu lağ hədəfinə çevirən bir Cəfər müəllim vardı.
Az qala dünyanın bütün toponimləri bəsit üsullarla "türkləşdirirdi".
Məsələn, onun üçün Qafqaz - "Kapakas" idi, yəni onun təbirincə desək, qədim türk tayfalarından olan ağ asların qabı (məskəni)...
Belə qeyri-elmi izahlarında o qədər uzağa gedirdi ki, bir dəfə tələbə yoldaşlarımızdan biri durub ona sual da vermişdi: Cəfər müəllim, bəs "ananas"ı necə açardınız?..
Başqa vaxt gənc yazarların əsərlərini zərrəbinlə oxuyanlar rektor Kamal Abdullanın romanına, məzmununa, dilinə yanaşmada "şök endirimlər" etdilər. Ən gülməlisi isə odur ki, roman haqda yazanlar sanki yarınmaq yarışına giriblər.
Biri-o birini tənqid edir ki, sənin arqumentlərin zəifdir, əsəri bax belə tərifləyərlər.
Amma tələbələr onu həm də çox istəyirdi - "kristal adam" imicinə görə.
Hərçənd həmin "kristal" imicin necə "çilik-çilik" olduğu günləri də xatırlayıram.
Ağır xəstə olan, ömrünün son həftələrini yaşayan Cəfər müəllim imtahan sessiyasında bahalı dərmanları zəif tələbələrə aldırırdı...
Düzdür, pul götürmürdü, amma... nə fərqi vardı ki...
15 ildən çox keçir, Cəfər müəllimi az qala unutmuşdum, amma Kamal Abdullanın "Unutmağa kimsə yox" adlanan yeni romanını oxuyanda yenidən xatırladım...
500 səhifə + 500 səhifə
Etiraf edim ki, Kamal Abdullanın yeni romanını acığa oxudum.
Səbəb də mətbuatda roman haqqında sanki planlı şəkildə, konveyer üsuluyla çap edilən tərifnamələrin "ictimai müzakirə" adıyla təqdim edilməsi oldu (əksəriyyətini oxudum).
Romanın bir qüsuru yoxmuş kimi onu boğazdan yuxarı tərifləyən, "ədəbi tənqid" adıyla oxucuya sırıdıqları yazıları "semiosfera", "paralel dünyalar" və s. gurultulu terminlərlə bəzəyən, əsəri hətta "şedevr" elan edən alim, yazar xoru dözülməz idi (bu "debat" indi də davam edir).
Başqa vaxt gənc yazarların əsərlərini zərrəbinlə oxuyanlar rektor Kamal Abdullanın romanına, məzmununa, dilinə yanaşmada "şök endirimlər" etdilər. Ən gülməlisi isə odur ki, roman haqda yazanlar sanki yarınmaq yarışına giriblər.
Biri-o birini tənqid edir ki, sənin arqumentlərin zəifdir, əsəri bax belə tərifləyərlər. Filosof Niyazi Mehdini isə tərifnaməsində "hətərən-pətərən" sözünü işlətdiyinə peşman etdilər.
Biçarə daha bir yazı yazmağa məcbur olub anlatmağa çalışdı ki, ay camaat, əslində mən də siz deyəni deyirəm, hörmətli rektora böyük sayqım var, sadəcə, məni düzgün başa düşməmisiniz...
Sanki doldurulmalı bir plan var. 500 səhifəlik roman haqda özü qalınlığında rəylər də yazılmalıdı. Hətta Türkiyədən də yazılar gəlir...
Vəzifəsinə "müqavimət göstərən" yazar
Mən Kamal Abdullaya heç vaxt "rektor adamdı, vəzifəsinin qorxusundan nə yaza bilər ki?" yarlığı ilə yanaşmamışam.
Məsələn, onun "Yarımçıq əlyazma" romanını oxumadan "yarımçıq əsər" adlandıran yekəxana gənc yazarlara acımışam.
Azərbaycanda vəzifə sahibi olmaq, yaxud hakimiyyətdən bəhrələnmək yazıçının əl-qolunu çox bağlayır. Məcbur olursan "zərərsiz" temalardan yazasan.
Belə mövzular da nə ola bilər? Ya gərək Elçin Əfəndiyev kimi uşaq nağıllarına
keçəsən, ya Mövlud Süleymanlı kimi vətənpərvər mövzulara, məsələn, erməniiləri "ifşa edəsən", ya da, sadəcə, susasan...
Kamal Abadullanı bu baxımından vəzifəsinə müəyyən qədər "müqavimət göstərən" (amma vəzifənin verdiyi fövqəladə imtiyazları saxlamaq şərtilə), yaradıcılığını məhv olmağa qoymaq istəməyən yazıçı saymaq olar.
Düzdür, o da cəmiyyətdəki ciddi problemlərdən birbaşa yazmaqdan yayınır, sanki tarixi mövzular arxasında "gizlənir".
Onun romanları sanki ən ciddi problemlərini həll etmiş, demokratiyanın bərqərar olunduğu, avtoritarizmin tarixin arxivinə atıldığı, dövlət büdcəsinin məmurlar tərəfindən tar-mar edilmədiyi, minlərlə insanın qanunsuz evindən bayıra atılmadığı inkişaf etmiş Avropa cəmiyyətlərinin birində yazılıb. O cəmiyyətlər ki, vaxtilə orda 3-cü, 4-cü dərəcəli sayılmış temalar (məsələn, homoseksualların haqları) indi romançıların əsas movzularına çevrilib.
Kamal Abdulla belə bir asudə cəmiyyətin yazarı kimi tarixi tematikaya müraciət edir (əlbəttə burda qəbahət yoxdur). Amma məsələ burasındadır ki, onun yazdığı romanlar, o cümlədən son romanı "xor"un ifasında günün ən aktual temasında yazılmış, hətta "sıravi oxucunun rəğbətini qazanmış" əsər kimi təqdim edilir.
Həm də "şedevr" kimi...
Halbuki mən, məsələn, Əli Əkbərin "Amneziya" adlanan son romanını Bakının dünkanlarından almaq istəyəndə birində "qurtarıb, sabah gəlin" sözünü eşidib ikincisində sonuncu nüsxəsinə "çatmışam". Amma Kamal Abdullanın "Unutmağa kimsə yox" romanını hansısa tanışımın nəinki aldığını. hətta oxuduğunu eşitməmişəm.
Amma əsəri aşağılamaq fikrindən də uzağıq.
Romanının sətirləri arasından günümüzlə bağlı siyasi, ictimai mənalar da sezilir. Yazıçının oxucuya çatdırmaq istədiyi əsas mesaj isə budur: Miflərə inanmayın!
Son romanıyla eyni trilogiyadan olan "Yarımçıq əlyazma" Dədə Qorqud dastanının, bir də Şah İsmayılın tarix kitablarından oxuduğumuz həyat hekayətinin postmodernistcəsinə yenidən yazılmasıdır.
Dastanda mərdlik rəmzi olan qəhrəmanların bir çoxu Kamal Abdullanın romanında qorxaq. şəxsi maraqlarını güdən, yatdığı fahişənin sözüylə qərar verən adi adamlardır.
Yazıçı sanki üzünü öz tarixini, rəhbərlərini, sərkərdələrini ideallaşdıran, onların eyiblərini görməyən xalqa tutur:
Sanki dolayısı ilə demək istəyir ki, bu günkü dərdlərinizin, problemlərinizin kökündə bax beləcə reallıqdan uzaq düşməyiniz, lovğalığınız, sizi əhatə edənlərə ağılla, məntiqlə yox, kimlərinsə hazırladığı hazır qəliblər çərçivəsində yanaşmağınız dayanır.
İrəliyə, yoxsa geriyə yol?
"Unutmağa kimsə yox" romanı da oxşar temada yazılıb. Şəhərdən bölgəyə ezam olunan gənc və perspektivli alim F.Q. Vəng dağındakı mağarada tapılmış qədim sirli yazını oxumalıdır.
Hamı gözləyir ki, həmin yazı ölkə tarixində yeni söz olacaq.
Ölkənin, xalqın tarixinin düşünüldüyündən daha qədim olduğunu sübut edəcək. Amma nə qədər çalışsa da, gənc alim yazının sirrini aça bilmir. Açar sözü ona yerli sakinlərdən biri pıçıldayır.
Bu "Qarağac" sözüdür. Amma açar söz 5 hərfli olmalıdır və gənc alim türk dillərində "Qarağac" sözünün danışıqda "qarac" şəklinə düşməsini əsas gətirərək açar söz kimi "qarac"dan istifadə edir (Cəfər müəllimin "layiqli" davamçısı...) Yazıçının postmodernist ironiyası təkcə onda deyil ki, açar sözü gənc alimə savadsız bir qoca deyir.
Ən pisi odur ki, Bəhram kişi yazığı gəldiyindən gənc alimə yanlış açar söz deyir, çünki "Mağaranın ruhu"ndan öyrənir ki, yazının sirrini açanlar mütləq öləcək...
Amma belə bir gülünc situasiyada "oxunan" yazı gənc alimin çalışdığı institutda nailiyyət kimi qəbul edilir...
Yazıçı-rektor özünün də içində olduğu elmi dairələrdə ölkə tarixini savadsızcasına, zorla "qədimləşdirmək" cəhdlərinə gülür.
O, elmi, sənəti kor-koranə siyasi konyukturaya uyğunlaşdırmaq cəhdlərini qəbul etmir.
Yazıçının mövqeyi budur ki, ölkənin tarixi doğrudan da düşünüldüyündən qədim olar bilər, amma bunu qeyri-elmi, dünyanın ciddi alimlərini güldürəcək səviyyədə əsaslandırmaq olmaz. Savadsız şəkildə yazılmış saxta tarixlər xalqları irəliyə yox, geriyə aparır.
İdeologiyalara xidmət edən tarixlərin yazılması gec müstəqillik qazanmış ölkələrdə, yeni-yeni özünü dərk edən xalqlarda bir "adət" halını alıb.
Çoxmillətli Qafqazda millətçilərin hazırladıqları N sayda xəritələr var. Bunlar özünə tarix, yaddaş uydurmaq cəhdləridir. Həmin xəritələr qəribə şəkildə "üst-üstə düşür".
Hətta avar. talış kimi kiçik xalqların millətçiləri də tarixin hansısa dövrünə istinadla Qafqazın böyük ərazilərinə iddia edən gülünc xəritələr düzəldiblər.
"Unutmağa kimsə yox" romanının mesajı əslində hamıya ünvanlanıb...
Amma sonda
Deyirlər ədəbiyyat tarixində yalnız yazıçının əsərləri qalır. Onun şəxsiyyəti önəmli deyil, əsas olan əsərin keyfiyyət baxımından yarımçıq olmamasıdır, şəxsiyyət bütöv olmasa da olar.
Amma əgər ziyalı anlayışını qəbul ediriksə, onda yazıçının yazdıqları ilə onun şəxsiyyəti arasında bir uyğunluq axtarmağı da yəqin qəbahət saymaq olmaz.
Fakt budur ki, əsərlərində miflərlə "döyüşən" Kamal Abdulla özündən mif düzəltmək vərdişindən qurtula bilməyib.
Əgər kimsə desə ki, onun son romanı haqda dalbadal tərifnamələrin yazılmasının səbəbi əsərin cəmiyyətdə geniş rezonans doğrumasıdır, inanmaram...

Комментариев нет:
Отправить комментарий