“VikiLeaks” saytının açıqladığı amerikalı diplomatların yeni sənədlərində rəsmi Bakının daxili və xarici siyasəti haqda maraqlı məlumatlar var. Belə ki, sənədlərin bir hissəsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin etiraflarına aiddir. Odur ki, təsadüfü deyil ki, bu gün o, “VikiLeaks”in materialarının həqiqətə uyğun olmadığını bildirib.
Turan Agentliyi sayta istinadən bildirib ki, Amerikanın Azərbaycandakı keçmiş səfiri Enn Dersin 15 iyun 2007-ci il tarixli teleqramı bir gün əvvəl Ramiz Mehdiyevin ona verdiyi məxfi sənəddən bəhs edir. Fars dilində yazılan sənəd narazılığı qızışdırmaq üçün İranın xüsusi xidmətini dini qruplarla iş üzrə təlimatlandırır. Mehdiyev Azərbaycan hakimiyyətinin bu sənədi haradan və necə əldə etdiyini açıqlamayıb. “Tam məxfi” olan və İslam İnqilabı Korpusunun nəşr etdiyi sənəd-təlimatı Şərqi Azərbaycan Bəsic komandanı general Məhəmməd Yusef Şakeri imzalayıb. “İranda pan-türkçü hərəkatı güclənir, azərbaycanlılar cəlb olunmadan inqilabçılardan və sıravi vətəndaşlardan istifadə etməklə ölkənin şimal-qərbində tədbirlər görmək lazımdır. Öz milli identifikasiyasına tərəfdar olanları xarici agentlər kimi təqdim etmək lazımdır”, - sənəddə deyilir.

Sonra qeyd olunur ki, Naxçıvan sakinlərini qəzetlərdə Məhəmməd peyğəmbərin təhqir olunmasının əleyhinə çıxmağa cəlb etmək lazımdır. Bu məqsədlə istifadə olunan adamların maliyyə və fiziki təhlükəsizliyini təmin etmək vacibdir. Sənədin surəti İnformasiya Kəşfiyyat Nazirliyinə, İranın Bakıdakı səfirliyinə və s. göndərilib. ABŞ səfirliyinin şərhində sənədin düzgünlüyünü yoxlamaq imkanlarının olmadığı bildirilir. Enn Dersin həmin il 19 iyul tarixli digər teleqramı onun Ramiz Mehdiyevlə İran təhlükəsi mövzusunda görüşündən bəhs edir.
“İran Azərbaycana təzyiq kimi radikal islamdan və narkoticarətdən istifadə edir”, - səfir cənab Mehdiyevdən sitat gətirir. Prezident Administrasiyasının bəzi şöbələrinin rəhbərlərinin də iştirak etdiyi görüşdə Mehdiyev bildirib ki, İran Azərbaycanda İslam Partiyasının rəhbərliyinə “ən radikal lideri” (iyulun 15-dən partiyaya rəhbərlik edən Mövsüm Səmədovu nəzərdə tutur - redaksiyanın qeydi) təyin edib.
O həmçinin deyib ki, Bakıdakı İran Mədəniyyət Mərkəzi bu siyasətin “alətidir”. Belə ki, Mərkəz yüzlərlə gənci seçərək dini müəssisələrdə təhsil almağa göndərir. Həmin adamlar qayıtdıqdan sonra beşinci kolona çevrilir və Azərbaycanda radikallaşmaya xidmət edir. O, hicab taxan qadınların sayının çoxalmasını da İranın təsirinin artmasının nəticəsi hesab edir. Onun sözlərinə görə, Azərbaycan hökumətin bu tendensiyanın qarşısını almalıdır, çünki gələcəkdə bunu etmək mümkün olmayacaq. Bu istiqamətdə addımlardan biri ali və orta məktəblərdə hicaba qadağanın qoyulması olacaq.

Agentlik bildirir ki, cənab Mehdiyev onu da qeyd edib ki, İrandan Azərbaycana böyük narkotrafik gəlir ki, bu da narahatlıq yaradır.
Öz növbəsində Prezident Administrasiyasının rəhbəri APA Agentliyinə bildirib ki, “Wikileaks” saytında Azərbaycanda ayrı-ayrı zamanlarda işləmiş səfirlərə istinadən yayılmış materialların heç bir obyektiv əsası yoxdur: “Bəri başdan qeyd edirəm ki, bunlar şəxsi mülahizələrdir və onların bu gün yayılmasını xüsusi təşkil edənlər var. Görünür, belə materialların yayılması, o cümlədən Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır”, - deyə o qeyd edib.
Комментариев нет:
Отправить комментарий