29.09.2011

Yəhudi məktəblilərinin "kipa" ilə qəbulu


Azərbaycan dövləti bu ölkədə azlıqda yaşayan və hətta ümumi sayı ölkə əhalisinin yüzdə birinə də çatmayan yəhudilərin bütün tələblərini təmin edir və sorğu-sualsız yerinə yetirir, onların azadlığı üçün lazım olan bütün şəraiti yaradır. Halbuki, əhalinin 96%-dən çoxunu təşkil edən müsəlmanların ən adi müsəlmanlıq hüquqları, o cümlədən İslam prinsiplərinə əməl etmələri, xüsusilə də hicablı qızların məktəbə getmələrinə qadağa qoyulubdur.
Amma ölkənin Təhsil Nazirliyi yəhudilik simvolu sayılan “kipa” papaqlarının geyilməsini yəhudi məktəbliləri üçün maneəsiz bilir.
Azərbaycan Respublikası 96% müsəlman və 85% şiə olan bir ölkə olmasına baxmayaraq, sionistlərə qulluq etmək üçün təhsil mərkəzlərində hicabı və məsciddən azanın səsucaldanlar vasitəsilə səslənməsini qadağan etmiş, dini mədrəsələri bağlamışdır.
Statistikanın göstəricisinə əsasən, ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edir və onlardan 85%-i şiə, 15%-i isə əhli-sünnədir.
Çox təəssüflər olsun ki, Azərbaycan dövləti ümumi sayı ölkə əhalisinin yüzdə birinə də çatmayan sionistlərin təzyiqi nəticəsinə müsəlmanlara çoxlu məhdudiyyətlər yaratmışdır. Nümunə olaraq, 2010-cu il nöyabrın 17-dən başlayaraq Təhsil Nazirliyi tərəfindən bu ölkənin təhsil mərkəzlərində  hicab qadağan olunmasını və bu qadağa qeyri-rəsmi olaraq tədriclə ölkənin digər dövlət mərkəzlərində də icra olunmasını göstərmək olar. 

Комментариев нет:

Отправить комментарий