Yaxud Qəriblər kəndinin Səddamını “İnsan alveri” ilə mübarizə aparanlar niyə cəzalandırıblar?
Ölkə başçısı tərəfindən “Turizm ili” elan edildiyi 2011-ci il Masallıdakı “Turist”, “Gölüstü” park və “12-ci kilometr” adlanan istirahət mərkəzləri rəhbərlərinin, yəqin ki, uzun müddət yaddaşlarından çıxmayacaq. Belə ki, ötən həftənin ortalarında bu istirahət mərkəzlərinin hər birinə eyni vaxtda bir qız və bir oğlan yaxınlaşıb bir günlük gecələmək üçün yer istəyirlər. Hazırda turizm mövsümü bitdiyindən, qısası, kasıbçılıq olduğundan həmin şəxslərə gecəsi 10 manata otaq verilir.
Mənbənin bildirdiyinə görə, heç bundan 5 dəqiqə keçməmiş “İnsan alveri”nə qarşı mübarizə idarəsinin əməkdaşları həmin obyektlərin başının üstünü alırlar. Məlum olur ki, bu mərkəzlərdə 10 manata yer alanlar elə həmin idarənin polis əməkdaşları imiş. Öncə “Gölüstü” parka reyd edilir. Yaxınlıqda yerləşən “Turist”in əməkdaşları bunu görüb tez öz obyektlərində yerləşən qonaqları oradan uzaqlaşdırmaq istəsələr də, “qonaqlar” qapını açmır.
Hər 3 obyektin sahibi elə həmin gün Bakıya aparılır. Ən maraqlısı isə odur ki, “Gölüstü” park adlanan istirahət mərkəzindən qurban kimi seçilən, bu işə heç bir aidiyyatı olmayan, tələbə Səddam olur. Valideynlərinin yanına gələn Səddamı da döyə-döyə maçına basıb Bakıya aparırlar.
Son məlumata görə namus keşikçiləri “cinayətkarlarla” heç-heçəyə razılaşıblar.
Xatırladaq ki, dünyanın heç bir yerində istirahət zonalarına qarşı belə zorakılıq edilmir. Gürcüstandan tutmuş Antalyaya qədər istirahət mərkəzlərində vətəndaş ancaq otağı alır, orada kiminlə yaşayırsa, o, nə rəhbərliyin, nə də qanun keşikçilərin marağında olur. Yəqin, belə “tədbirlərin” nəticəsidir ki, kiçik Gürcüstana bu il gələn turistlərin sayı Azərbaycandan 5-6 dəfə çox olub.
Necə deyərlər, bu da sənin “Turizm ilin”.
"Cənub xəbərləri"

Комментариев нет:
Отправить комментарий