"Hicab qadağası ABŞ sifarişidir"
"Arannews"in Səhər Beynəlxalq kanalına istinadla verdiyi xəbərə əsasən, çərşənbə axşamı Tehranın azəri dilli sakinlərindən bir dəstəsi Azərbaycan Respublikasında məktəbli qızlara qarşı hicab qadağanının davam etməsini məhkum edən aksiya keçirdilər. Aksiya iştirakçıları hicab qadağasının ləğvini və həbs edilmiş hicab müdafiəçilərinin, islamçıların azadlığını tələb edən şüarlar səsləndirdilər.
İştirakçılar bu aksiyada "Hicab müxalifləri sionizm nökərləridir", "Ey hicablı bacım səni dəstəkləyirik", "Hicab qadağası ABŞ sifarişidir", "Azərbaycan oyaqdır, öz dininə dayaqdır", "Hicab məhbuslarına azadlıq", "Hicab müdafiəçilərinin həbsi ABŞ sifarişidir", "Məhbuslara işgəncə Allahla müharibədir" şüarları və "Allahu Əkbər" nidaları səsləndirməklə Azərbaycan Respublikası xalqı ilə həmrəy olduqlarını bildirdilər.
Комментариев нет:
Отправить комментарий