23.09.2011

Ədəbiyyatda qırılmalı "bütlər" varmı? (Debat - 270 şərh)

Azərbaycan ədəbiyyatında qırılmalı "bütlər" varmı?

"Oxu zalı"nın Facebook səhifəsində bu mövzuda keçirilmiş müzakirəyə tənqidçi Cavanşir Yusifli, yazarlar Rasim Qaraca, Kənan Hacı, Sayman Aruz, Oqtay Hacımusalı, Alpay Azər və başqaları qoşulublar.

Seçmələr...

Cavansir Yusifli Ancaq bir şey də var – Rafiq Tağının Sabiri tənqidi yersiz və dayazdır, arqumentsizdir, onun içində elə şeylər var ki, xəbərin yoxdu, bu yazını yazan adam avtomatik Sabirin satirasına çevrilir. “Ay alan məmləkəti rey satıram”.

Guler Qasimova Mence yox Cavanshir bey.Rafiq bey istediyi yere toxuna biller.Amma bunu arqumentli faktli ve derin tehllille etse qan uzerine sicramazdi.

Rasim Qaraca Qırılmalı bütləri mən sayım: Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev və onların törəmələri. Hər kəs bu ölülərin və dirilərin bir yerlərini yalamaqdadır. Azərbaycan ədəbiyyatı 70 ildir bu adamların əsarətindədir. .
.
Alpay Azer Postmodernislər Rafiq Tağını tənqid etməklə qəbahət iş görməyiblər ki, fikirlərini deyiblər. Axı Rafiq Tağı büt deyil ki,onu fikrinə görə tənqid etmək mümkün olmasın...

Guntay Gencalp Rafiq bəyin yazısını oxudum və kəsinliklə razılaşmıram. Rafiq bəy aradan keçən zaman fərqini göz önündə tutmadan bu yazını yazmış.

OKtay Hacımusalı bunun ucun uzaga getmek lazim deyil dunen yox sragagun azdramanin ilk tamasasinda ilyas efendiyevin tamasasinin oynamasi mence butperestliyin en boyuk numunesidir

Kanan Haci Günah bu sahəni monopoliyada saxlayanlardadır. Bu ölkədə o qədər istedadlı dramaturqlar var ki! Onları niyə yaxın buraxmırlar? Guya bilmirsiniz bunun səbəbini???

Sayman Aruz bəlkə bütlər ona görə var və dururlar ki, onları sındıran adam hələ yoxdur

Aliq Memmedov Baxın, Aqşin bəy, hələ ki yoxdur, bu, o deməkdimi ki, artıq bütün beş addımlığındadır!

Vusal Qocayurd Şehriyardan daha boyuk şairler var papaq altında yatırlar

FORUMUN TAM MƏTNİ BURDA

Комментариев нет:

Отправить комментарий