19.09.2011

İKİ TARİX


Afaq Şıxlı

(Mərhum dostumuz jurnalist Ceyhun Nağının xatirəsinə...)

Bir gün mənə dar bir otaq ayrılacaq...
Qapısına iki tarix yazılacaq:
Yazacaqlar bir adımı, soyadımı,
bir də bəlkə öz yazdığım
iki sətir fəryadımı...
Kimsə bir gün bir dəstə gül bağlayacaq,
gələcəkdir ziyarətə.
Oxuyacaq o sözləri, dözməyərək bu həsrətə,
ağlayacaq...

İki tarix - olum, ölüm...
Nə dəqər az.
Amma ötür bu tarixlər arasında
gör neçə qış, gör neçə yaz.
Tam bir ömür yaşanılır bu rəqəmlər arasında.
Keçən günlər sırasında
nələr olur, nələr... nələr...
Həyəcanlar, qəhqəhələr,
həm göz yaşı, həm də sevinc.
İnciyənlər, incidənlər...
Amma hər şey gəldi-gedər.
Dilsiz olur
daşa dönən xatirələr...

Комментариев нет:

Отправить комментарий