18.09.2011

Avropadan daha bir “demokratik” qadağa


Mason siyasəti davam edir!
Daha bir ölkədə çadranı qadağan ediblər.

Hollandiya hökuməti çadra geyinməyin holland mədəniyyəti və ənənələrinə zidd olduğunu əsas gətirərək belə bir qərar verdiyini açıqlayıb.
“Hökumət hesab edir ki, sifəti tam, yaxud qismət örtən geyimi daşımaq ölkədə ictimai münasibətlərin xarakterinə uyğun deyil”, – deyə hökumətin açıqlamasında bildirilir.
Holland hökuməti hesab edir ki, çadranın qadağan edilməsi dini etiqad azadlığını məhdudlaşdırmır: “Bu addım zəruri və əsaslıdır, həmçinin Niderlandda həyat tərzini müdafiə edir”.
Qeyd edək ki, bundan əvvəl Fransa və Belçikada da çadra qadağan edilib.
Sentyabrın 16-da isə Fransada küçədə ibadəti qadağan edən qanun qüvvəyə minib.
merkez.az

Комментариев нет:

Отправить комментарий