Alı Vüsal
Professional Oxucu Liqası
Guppultuyla guruldayır, sayğac Qırat kimi qaçır, amma istilik yoxdur
Deyirəm ay oxucu qardaş, birdən özgə planetdəki məxluqlar uçan boşqabla gəlib bizdəki bu rüsvayçılıqları görsələr, xəcalətdən başımızı harada gizlədərik? Heç ağlım olmadı da. Bizimkilər ATƏT-i, BMT-ni, Avropa Şurasını aldadır, ucan boşqabdakılar kimdir ki, onları fırlatmasınlar. Öz aramızdı, nəinki uçan boşqabla, lap uçan teştlə, uçan vedrə-ləyənlə də gəlsələr, bizim odda yanmaz, pulda batmaz məmurlarımıza bata bilməzlər.
Bəhbəhlə çəkilən qaz kəmərini işə salanda, məlum olub ki, onun içində qazdan çox hava var imiş. Yəni qaz sobaları guppultuyla guruldayır, sayğac Qırat kimi qaçır, amma istilik yoxdur. Dedirlər ki, bu hava sınaq üçün vurulub, 2-3 aya təmizlənəcək. Həmin vaxt da qış qurtarar.
Bizim dəbimiz belədir də, ağəli. Benzinə qaz vururuq, qaza hava. Mənə elə gəlir ki, əgər adamlara qaz yox, hava lazım olsa idi, o vaxt həmin borulardan ya qaz çıxardı, ya da təmiz havanın əksinə olan havayabənzər başqa bir şey. Çünki bizdə hər şey tərsinədir. Məsələn, hərbi xidmətə gedənləri müayinə edən zaman kor, kar, dabansız olan çağırışçılar xəstə-şikəst olduğunu sübut edə bilmirlər. Yox, əgər sən polisə işə düzəlirsənsə, sağlam olduğunu elə-belə sübut edə bilməzsən. Əsgərlikdən çavuş kimi gələnlərin heç biri polisə çavuç kimi düzələ bilmir, yalan-doğru deyirlər ki ora düzəlmək tası yenə də 10 min olaraq qalır. Özü də antikorrupsiya əməliyyatının bu sahəyə heç bir aidiyyatı yoxmuş...

Keçmişdə adamlar bəzi şahları, məsələn, Nadir şah kimi hökmdarları niyə çox istəyirdilər? Ona görə ki, həmin şahlar ən gərgin döyüşlərdə ordunun qabağında gedir, ölməkdən-yaralanmaqdan çəkinib eləmirdilər. Bəs indikilər necə eləyir? Koroğlu demişkən, tüfəng çıxdı, qəhrəmanlıq bitdi. İndi bəzi başçılar özləri kölgədə gizlənib, yerli sakinləri gah deputatın qohumlarının üstünə, gah qəzetçinin üstünə, gah da bəzi sahibkarların üstünə cumdurur, özləri isə arxadan baxıb əl çalırlar. Allah bəzi icra başçılarını yaradıb bir bulağın, bir tibb məntəqəsinin açılışında özlərinə tumar verərək hamıdan qabaqda dayansınlar. Belə işlərdə isə kölgədə gizlənsinlər. Belə şeyləri yazmasaq, kölgədə qəhrəmanlıq edib, gün üzünə çıxmağa qorxanlarla bizim nə fərqimiz olar?
Комментариев нет:
Отправить комментарий