24.05.2012

Qalanda

Əziz Musa

Körpülər yer üzündən sildilər,
Bu torpağı parçalaya bildilər,
Bir ürəyi iki yerə böldülər,
Azərbaycan o tay, bu tay olanda

Ayrılıqdan çox ürəklər dayandı,
Vətən yurdu qara rəngə boyandı,
Dağ alışdı, daş əridi, su yandı,
Anaların gözü yaşla dolanda.

Alovlandı yaşıl meşə, dağ-dərə
Ah nalələr bülənd oldu göylərə,
Yığışdılar qarğa-quzğun bir yerə
Çöl-çəmənlər saralanda, solanda


Bağ-bağçanı talan etdi küləklər,
Xocalıda qana döndü ürəklər,
Heç bilmirəm hara baxdı fələklər,
Qiz-gəlinlər saçlarını yolanda

Tar inlədi, kaman susdu, sındı saz,
Bülbül köçdü, qalmadı bir xoş avaz.
Kür kükrədi, nalə çəkdi xan Araz,
Qarabağım ayaq altda qalanda

Комментариев нет:

Отправить комментарий