02 may 2012-ci il tarixdə
İranın məxfi orqan əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları-
iki gənc ziyalı Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) tutularaq bəlli
olmayan yerə aparılması və talelərindən bu günə kimi heç bir xəbərin olmaması
bizi də nigaran etmişdir. Gənc yazarların mədəni tədbirlərdə
iştirakı və ya İran adlanan ölkəyə turistik səfərlərindən İran rejiminin
narahat olmasi, “qonşu” dövlətin guya bu gənclərin harada və kim tərəfindən
tutulub aparıldığından “bixəbər” olması onların Azərbaycana qarşı olması və
antiazərbaycan siyasətinin bariz göstəricisidir. Biz belə münasibətə qarşı öz
etirazımızı bildirir və İran adlanan ölkənin hakim qüvvələrindən tezliklə gənc
ziyalılıarın azadlığa buraxilmasın tələb edirik. Azərbaycan Respublikasının
qonşu ölkələrlə olan səmimi və qarşılıqlı hörmət əsasında qurulmuş munasibətini görməyə
çağırırıq.
AYB-nin Cüney Azərbaycan şöbəsi
Sayman Aruz
AYB-nin Cüney Azərbaycan şöbəsi
Sayman Aruz
Комментариев нет:
Отправить комментарий