Xosrov Barışan
ORMAN
Göz önündə ormanım;
Xəzan gəlib
Güz mövsümü...
Düşdü yapraq
Mən düşürəm.
Yığırsan günlərimi
Ömür adlı bir ağac...
Yel də kərvanın sürür...
Gör necə fışıldayır...
Götürürsən addımı,
Naqus çalır
Zınqıro, dıngıro,
Xış...
Xış...
Geçəndə yel dibindən
Geçəndə yel dibindən
Təbiət
sızlayaraq
Bayquşlar fışqa çalır!
Qarıltı mərsiyəsin
Qarqalar
Çalırlar A..!
Hey çalırlar..!
Və mən;
Kölgəsində
ilanın
Yatmamış,
Nə’rə çəkən bir aslanam.
DƏNİZ, QIYI SƏNFONİSİ
Dəniz gözlüm
Baxışıvın
dalğaları
Ürəyimin
qıyısına
Damğa vurur...
***
Dəniz, qıyı sənfonisin
Dəniz quşun
dinləyərək
Tez qoşuram.
BİR ANDA DA...
Mən...
Sən...
Çırpıntılar,
Ürəyimdə....
Ürəyində...
Çırpınışın dalğaları,
Duyğularım...
Duyğuların...
Dalğaların hayxırışı,
Sevgilərim...
Sevgilərin...
Hayxırışın ilişməsi...
Körpülərin
oluşması...
Və sevdamız...
Bir anda da,
Zəlzələlər,
Zəlzələlər,
Vay Ayrılıq...
Çata cummuş gələcək!!!
FİDAN
Baxışıvı əsirgəmə,
Gözlərimin
baxçasına.
Cücərən bir fidanam,
Nəfəsi
Nəfəsi
Bil
Baxışında çəkirəm.
Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri
1983-üncü ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin
çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da
yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz
soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin
ədəbi başyazarlığını üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin
(Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə
yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com,
barisan@box.az
Комментариев нет:
Отправить комментарий