17.11.2012

Azərbaycan futbolunun partizan strateqiyası

Vuqar Xəzaralı

Berti Foqts Azərbaycan futboluna üslub gətirdi. Nədən ibarətdir? Avropa məntiqini pozmaq, rəqibi onun qaydaları ilə deyil, öz qaydalarına tabe olmağa məcbur etmək. Əslində bu çoxdan tətbiq olunan bir strateqiyadır. Biz buna bənzər tarixdə xeyli misal tapa bilərik. Qat-qat onlardan güclü düşməni öz qaydalarına məcbur edən ruslar Napoleonu və Hitleri məğlub etdi. İsmayıl Səfəvinin bu üslüubdan istifadə etməməsi isə onun məğlubiyyəti ilə qurtardı, doğrudur Səfəvilər sonra bu strateqiyadan daha çox istifadə etməyə başladılar.
Əslində bu strateqiya deyil taktikadır, ama oturuşmuş Avropa strateqiyasına qarşı ancaq taktikanı bir strateqiya kimi istifadə etmək olar. Çünki bir halda ki taktika üsluba çevrilir onu strateqiya adlandırmaq gərəkdir. Məhz bunu Berti Foqts etdi. Bu rəqibi onun üçün tamamilə anlaqsız olan bir tərzdə bezdirməkdir. Onun anlaya bilmədiyi və onun öyrəşmədiyi tərzdə oynamaq onun bütün planlarını pozur. Buna partizan taktikası da demək olar, qəfil hucumlar sonra uzun müddətli mühasirə, çətinliklə əldə olunan və asanlıqla itirilən top və mövqe. Oyunun bir surətlə deyil, əvvəlcə sürətli sonra isə daha yavaş əvvəl hucum sonra isə müdafiyə. Və bu üslubun məhz Berti Foqts tərəfindən tətbiq olunması heç də təsadüfi deyil. Doğrudur Berti Foqts azərbaycanlı deyil, amma o almandır və o ən azından Avropa və özəlliklə Alman fitbolunu yaxşı bilir və anlayır və o bilir ki onun zəif tərəfləri nədir və onlara qarşı necə mübarizə aparmaq olar. Berti Foqts Avropa futbolunun kilidini sındırdı. Son oyunda irlandlar o qədər əsəbi görünürdülər ki, sarı vrəqələr başlarına həmin an stadionda yağan İrlandiya yağışı kimi yağırdı. Amma Berti Foqts məhz alman olduğu üçün Azərbaycan məntiqini (məntiqsizliyini) anladı və onu Avropa və Alman məntiqinə qarşı istifadə etməyə bacardı. İndi daha Azərbaycan futbolu deyilən üslub var, daha doğrusu o həmişə var idi, Berti Foqts isə nəhayət ki onu anladı. İndi Azərbaycan futbolu deyilən futbol üslubu İrlandiyada məlumdur. Bu Avropa futbolu deyil, heç Latın Amarika futbolu deyil, və heç yapon və ərəb futbolu da deyil. Bu Azərbaycan futbolunun partizan strateqiyasıdır.

Комментариев нет:

Отправить комментарий