10.11.2012

Qəddafinin dul arvadı hökumətə sərt mesaj göndərdi

Qəddafinin dul arvadı hökumətə sərt mesaj göndərdiQafqAzNews-un “Liviya müqavimət xəbərləri” adlı Facebook səhifəsinə istinadən xəbər verir ki, Devrilmiş Liviya rəhbəri Müəmmər Qəddafinin dul arvadı Safiya Farkaş ona Liviya hökuməti tərəfindən göndərilmiş vətənə “təhlükəsiz” qayıdış barədə təklifini cavablandırıb. Onun sözlərinə görə, o “Zillət və utanc bayrağı altında” Liviyaya heç vaxt qayıtmayacaq.
O deyib: “Mən ərimə və övladlarıma həqarət etmiş insanların yanına qayıtmayacağam … Bir halda ki, 1,5 milyondan çox liviyalı öz ölkəni tərk etməyə məcbur qalıb, mən necə ora necə qayıda bilərəm? Bu ölkəyə şərəf və izzət qayıtmayınca, mən də qayıtmayacağam. Mən ora yalnız qələbə, şərəf və izzət bayrağı olan yaşıl bayraq altında qayıdacağam!”

Комментариев нет:

Отправить комментарий