16.11.2012

Thijs Berman ilə birgə tədbir


Eldaniz bəyin təşəbbüsü ilə Ali bəylə bir yerdə Haaqada Humanizm evində (Humanity House - binanin adidir) Avropa ittifaqı tərəfindən inkişaf etməkdə olan ölkələrə edilən yardımın məqsədi və realizəsi mövzüsünda 2 saatlıq debatda iştirak etdik. Tədbirdə Avropa Parlamentinin deputatı cənab Thijs Berman (PvdA) suallara cavab verirdi. Müzakirələdə Əli bəylə br yerdə Azərbaycanda insan haqları, demokratiya, siyasi məhbuslar və Avropanın buna münasibəti, Avropa İttifaqının insan haqları və demokratiyanı Azərbaycanla münasibətlərdə çox vaxt neftə və qaza dəyişməsi kimi məsələləri müzakirə obyektinə çevirə bildik. Auditoriya bir daha Azərbaycandakı rejimin avtoritar mahiyyətilə tanış oldu.
Tədbirdən sonra Avropa Parlamentinin deputatı cənab Thijs Bermannın nəzərinə problemləri bir daha çatdırdıq və bu barədə əlimizdə olan sənədləri ona təqdim etdik və xatirə şəkli çəkdirdik.

Ataxan Abilov

Комментариев нет:

Отправить комментарий