19.02.2013

"Bizə bu evləri, əmlakı Sovet hökuməti, ruslar verib, Elman Rüstəmov yox!"

Redaksiyanın poçtundan

"Büdcə işçilərinin 80 faizi ağır şərtlərlə sələm ödəyir, həkimlər, müəllimlər işləyə bilmir, ölkədə normal iş rejimi pozulub"


Azərbaycan Respublikası Dövlət orqanlarına

    Yazıb sizə bildirirəm ki, “Gred Aqro” Qeyri Bank Kredit Təşkilatı ilə bağlı 1181 manat pul faizi işimiz hal-hazırda məhkəmədədir. Şikayət məktublarımıza niyə cavab verilməlidi? Bu boyda dövlətin xırda biri sələm QHT-sinə niyə gücü çatmır? Uzun müddətdir ki, sələmə görə məhkəmələrə, polis şöbələrinə çağırılmaqdan, gedib-gəlməkdən bezmişik. Xəstəlik tapmışıq, onsuz da bizim “Gred Aqro”ya verəcək qara qəpiyimiz yoxdur. Elman Rüstəmova deyin, cinayətkar şəbəkəsinə desin, yaxamızdan əl çəksin. Əgər bu dövlət Heydər Əliyevin qurduğu dövlətdirsə, məhkəmədə 50 faiz sələm verən cinayətkarların yox, bizim tərəfimizdə olmalıdır. Məhkəmədə qoy bir dəfə də gəlmə yəhudi bankçılığı yox, yerli Azərbaycan xalqçılığı qalib gəlsin.
İşi aparan Məhkəmə hakiminə ədalətli, xalq yönlü qərar çıxarmağa kömək edin. Bank həmişə doğru, xalq həmişə oğru çıxa bilməz ki, qoy bir dəfə də biz doğru olaq! Qoy Azərbaycan məhkəmə tarixində bir dəfə də Rotşild sələmçiliyi yox, Heydər Əliyev azərbaycançılığı qalib gəlsin. Xalqın tərəfində olun, Azərbaycan bank sələmi girdabında batıb gedir, ölkəni partlayışdan xilas edin. Bizə bu evləri, əmlakı Sovet hökuməti, ruslar verib, Elman Rüstəmov yox! İndi Elman Rüstəmov 50 faizlik kredit sistemi yaradaraq bütün ölkəni sələmə otuzdurub, 10 minlərlə vətəndaşın əmlakı, maşını, evi əlindən alınıb. Büdcə işçilərinin 80 faizi ağır şərtlərlə sələm ödəyir, həkimlər, müəllimlər işləyə bilmir, ölkədə normal iş rejimi pozulub. Hətta görün iş nə yerdədir ki, məktəb direktorları bank sələminin əlindən xarici ölkəyə qaçırlar! Ən ağır şərtlər Azərbaycandadır. Biz də artıq “Gred Aqro”nun əlindən ailəvi xəstəliyə düşmüşük. Əgər bu dəfə də məktubumuza baxılmasa xarici ölkələrə kömək üçün müraciət edəcəyik.

Həsənova Marifə
Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий