21.02.2013

İnhisarçılıq?!

Mətləb Dadaşov
 
Yaxud, vəzifəyə gələn məmurların, bazar alverçilərinin, məscidlərə təyin olunan axundlarının, ölü dəfn edən mollanın da komandası var

Vallahi və billahi, Azərbaycandakı bu inhisarçılıq və komanda “siyasətindən”artıq insanlar bıkmışdır.
Bu mövzuya konstruktiv yanaşdıqda çox əcaib faktorlar üzə çıxır.
Sirr deyil ki, YAP-hakimiyyəti ölkənin mənəvi dəyərlərini yox etməklə əhalinin maddi durumunu da sifira endirmişdir.
Çox çalışıram ki,rüşvətdən və korrupsiyadan söhbət etməyim. Amma bir çox məsələlərin kökündə elə bu iki məsələ dayanır.

Doğrudur, Azərbaycanımız yaxşı bir rəssamın gözəl rənglər düzdüyü palitraya bənzəyir. Bu rəngarəng palitraya diqqət edəndə görürük ki,xalqımız bir-birinə elə bağlıdır ki,təəccüblənməmək mümkün deyil.
Masallıdan Naxçıvana qız verib, qız alıb qohum olurlar. Yaxud, Qazaxlı bir Türk oğlu bir böyrəyini təmənnasız olaraq Masallılı Talış qardaşına verib onu yaşadır.
(Bu geniş və maraqlı hadisə barədə xalqımıza məlumat verəcəyik.)
Dünyanın heç yerində belə xalq yoxdur. Bir sözlə xalqımız gözəl, Vətənimiz gözəl, bu gözəlliklərə layiq hökümətimiz yoxdur.
Qeyd etdiyim məsələlərə bir qədər də açıqlama vermək zorundayam. SSRİ-Hakimiyyəti dövründə mərkəzi komitənin ikinci katibi mütləq rus olmalı idi. Məlum olduğu kimi bu imperiya siyasəti idi.
İndi Azərbaycan müstəqil,suveren dövlətdir.
Həmin imperiya siyasətini mövcud hakimiyyət öz xalqına qarşı aparır. 
Heç uzaqdan danışmıram. Baxın Masallı rayonunun siyasi mənzərəsinə. Demək olar ki, bütün məsul vəzifələrdə məlum regiondadır. Gəlirlər, bir müddət işləməklə rayonu çapıb-talayırlar, sonra da daha yüksək vəzifələrə gedirlər. Ümumiyyətlə bütün bölgələr oliqarxlar arasında bölüşdürülüb. Vətəndaşlar dərdini bölüşməyə,problemlərini həll etməyə qanuni yolla araşdırmalar aparmaqda cavabsız qalırlar.
Masallı Rayon Polis şöbəsinin rəisi dəyişildi. Yeni gələn rəis isə Qəbələ polis şöbəsini az qala, tam heyətdə arxasıyca rayona transfer etdi. Yerli polis əməkdaşlarının içinə vəlvələ salaraq hərəsini bir tərəfə atdı. Adını qoydular “polisdə islahat”bərəkallah!? Bir sözlə desək, polis şöbələri də inhisardadır.
Bu yazını bir qədər konkretləşdirməklə,azərbaycan təhsilinə də kiçicik bir nəzər yetirməyimdən vaz keçə bilmədim.
Məktəblərə yeni direktor təyin olunan kimi öz qohum-əqrabalarının dərs saatlarını artırır, texniki işçiləri də dəyişməklə, vəzifəyə görə verdiyi rüşvəti tez-bazar çıxartmağa başlayır. Sanki məktəb təhsil ocağı deyil, ticarət obyektidir.
Təhsildən fərqli olaraq, ölkə bazarlarına baxanda, burada məmurların, kömrük maqnatlarının bazarın bir neçə “ranqlı” dəllallarının, işbazlarının inhisarçılığı çılpaqlığı ilə görünür.
“Bazar iqtisadiyyatı” deyilən anlayış savadsız kütləni lap çaşbaş salıb. İnhisarçılıq ucbatından bazarlara dövlət nəzarəti yoxdur.
Qiymətlər bir-birini qovur. Pensiya və məvaciblərin artması barədə
Söhbət düşməmiş,bütün gündəlik tələbat mallarının qiyməti ildırım sürəti ilə artır.
Deyirəm: - “Anan ölsün ay kasıb Kərəm!”
Vaxtıilə altmış min ördək-qazdan oxuyan bəzi müğənnilərimizin nə         
vecinə ki, Həsənqulunun altı uşağı imkansızlıqdan təhsil ala bilmir. 
İndi elələri “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”oxumaqla
Bu hakimiyyətdən lazımınca yararlanır.
Bu dəfə adını çəkmirəm, bir dəfə o məscidin axundunu tənqid etdiyimə görə mollalar məni “razborka”ya çəkdilər. Sübut etdim ki, mən düzünü yazmışam. Nəzərdə tutduğum axund deyir ki, kənd camaatı mənə yaxşı maşın almalıdır,bu kənd mənimdir. Cənub bölgəsinin hər kəndinin ölü dəfn edən mollası var. Biri öləndə, Rusiyadan uşaqları gəlməyincə onu dəfn etmirlər. O vaxta qədər ki, ölü sahibinin maddi vəziyyətini öyrənirlər. Bir kəndin mollası da başqa
mollanın “territoriyası”na girsə, qan su yerinə axar.
Kənd mollasının beş-altı şagirdi yasin-rövza oxuyur,baş molla da qabağında “xoruzquyruğu” çay, yarımmetrəlik təsbehi fırlada-fırlada ürəyində deyir ki, İlahi, sən məni getdiyim Həccə bağışla!
Məclis qurtarandan sonra haqqını ABŞ-dolları ilə istəyir, Azərbaycan manatına etibar etmir.
Sözümün əvvəlində sadaladığım müsbət xüsusiyyətlər bu xalqı məmur zülmünə, polis özbaşınalığına, təhsilin yoxluğuna, savadsız mollanın özünü”XAN”kimi aparmasına, musiqini qavramayan bəzi
Qulağı sirğalı “kişi”müğənnilərin əməllərinə öyrəşiblər.
Doğrudan da xalqımız dözümlü xalqdır!
Sonda bir şad xəbər verim sizə, əziz həmvətənlər!
-Gözünüz aydın olsun, acı soğan da böyük bir dindar tərəfindən inhisardadır, qiyməti iki manatdan yuxarı olsa, təəccüblənməyin....

metleb.dadasov@mail.ru         Xüsusi olaraq Litparad üçün

Комментариев нет:

Отправить комментарий