04.04.2013

İbrahim Quliyev - Qız, sənin gözlərin...

Köçdü sən sevdiyin bəyaz buludlar,
Sən görən üfüqdə köz dərin-dərin.
Ömrün hər yerində sənin izin var,-
Burda ayrılığın, orda gözlərin.

Yol çəkir o gözlər günlərin üstən,
Göz çəkən yolların körpüsü olmur.
"Nə tez darıxmısan, nə tez" deyirsən,-
...Həsrətin təzəsi, köhnəsi olmur.

Apar cəhənnəmə, gəl apar məni,
Ya yanım, ya da ki, daş olub gedim.
Ruhumuz tanrıya qovuşan kimi
Mən də gözlərinə qoşulum gedim.


Apar bəbəyində, apar şəklimi,-
Ölsəm yarı yolda, basdır dərində.
Qız, sənin gözlərin tabut imiş ki,
Tabut qapağıymış kirpiklərin də...

Комментариев нет:

Отправить комментарий