Məni sevməyinə yazığım gəlir,
Özünü bu eşqdən dəli etmisən.
Fikrimi fikrinlə məşğul edəndən,
Məni də özünlə alıb getmisən.
Məni sevməyinə yazığım gəlir,
Qəlbinə gör necə zülüm edirsən.
Bu sevgi bir yolda birləşən deyil,
Gerçəyi mən qədər sən də bilirsən.
Məni sevməyinə yazığım gəlir,
Sənə sevilmək də suçlayır məni.
Gərək ki, vaxtında durasan geri,
Bir eşq ki, günaha səsələyir səni.
Sənə də, mənə də yazığım gəlir,
Kaş ki, əzəlindən biz yad olaydıq.
Nə də mən sevəydim, yad da qalaydıq.
Necə sevirsən?
Mən hələ bilmirəm gülürsən necə,
Kədərin necədir, sevincin necə?
Bəxtinə xoşbəxtlik qonaq gələndə,
Çöhrəndə təbəssüm iz salır necə?
Bilmirəm qəzəbin, kinin necədir,
Sən necə küsürsən qəlbin sınanda?
Bəlkə ürəyində hər vaxt gecədir,
Zülmətə bükülü sabahların da?
Bilmirəm fikrini, duyğunu hələ,
Necə dövr eyləyir hiss ürəyində?
Mənə sirdir, inan illərdən bəri,
Sən necə sevirsən sevə biləndə?
Bilmək istəyirəm çoxluq içində,
Sandığın olurmu təksən dünyada?
Hönkürtün qəhərə qalib gələndə,
Necə ağlayırsan sən ağlayanda?
Necə sevirsən?
Mən hələ bilmirəm gülürsən necə,
Kədərin necədir, sevincin necə?
Bəxtinə xoşbəxtlik qonaq gələndə,
Çöhrəndə təbəssüm iz salır necə?
Bilmirəm qəzəbin, kinin necədir,
Sən necə küsürsən qəlbin sınanda?
Bəlkə ürəyində hər vaxt gecədir,
Zülmətə bükülü sabahların da?
Bilmirəm fikrini, duyğunu hələ,
Necə dövr eyləyir hiss ürəyində?
Mənə sirdir, inan illərdən bəri,
Sən necə sevirsən sevə biləndə?
Bilmək istəyirəm çoxluq içində,
Sandığın olurmu təksən dünyada?
Hönkürtün qəhərə qalib gələndə,
Necə ağlayırsan sən ağlayanda?
Комментариев нет:
Отправить комментарий