04.04.2013

Putin Rusiya elitasına 3 ay vaxt verdi

haberBunun nəticəsi olaraq Rusiya elitasının xarici qüvvələrin təsiri altında qalmasının qarşısı alınmış olacaq

İslamazeri.az “Financial Times”-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkənin bütün varlı elitasına 3 ay vaxt verdi.
Bu vaxt ərzində rusiyalı milyonçular, dövlər işçiləri, sahibkarlar öz xarici banklarda olan hesablarını ləğv etməli, xaricdə mülk və səhm sahibi olmamalıdırlar.
Dünən prezident tərəfindən imzalanan sərəncama əsasən, Rusiyanın dövlət məmurları və işçiləri iyul ayının 1-ə dək öz gəlir və səhmləri barədə hesabat təqdim etməlidirlər.

Onların indiyədək sahib olduqları əmlak və vəsaitlər ciddi yoxlamalara məruz qalacaq.
Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, bu qanunun tətbiqində heç kəsə güzəşt edilməyəcək, həmin vaxta qədər kimdə qanunsuz səhmlər aşkar edilərsə dərhal müsadirə ediləcək.
Siyasi ekspertlərin fikrinə görə, Putinin bu addımı Rusiya iqtisadiyyatını “xariciləşməkdən” qorumaq məqsədi daşımaqla siyasi elitada korrupsiya hallarının qarşısını almağa xidmət edəcək.
Bunun nəticəsi olaraq Rusiya elitasının xarici qüvvələrin təsiri altında qalmasının qarşısı alınmış olacaq.
Bu qərarı “rus elitasının milliləşdirilməsi” kimi xarakterizə edənlər də var.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий