Vilayət Hüseynov
Sabirabadda baş verən hadisəyə (saqqal qırxma) heç də sevinməmişdim.
Çünki, bu bizim yolunu getdiyimiz Peyğəmbər və İmamların yoluyla müxalifdir.
Lakin bu gün yazmaq istədiyim məsələ Müşfiqabad hadisələrindəndir.
Bildiyiniz kimi, Müşfiqabad vəhhabi-xəvariclərin sıx yaşadığı ərazilərdəndir. Burada radikalllıq digər yerlərə nisbətən daha çoxdur. Buna misal bir gəncin ölümcül döyülməsi, onun çənəsinin sındırılması və müxtəlif bədən xəsarətləri almasını göstərmək olar.
Bir neçə gün öncə isə iftar məclisinə hücum olub.
İcra başçısının iftar süfrəsinə gələn xəvariclərin “siz zalimin iftar süfrəsində oturmusunuz” deməsi təkcə inancllara deyil, hətta dövlətə bir mesajdır.
Məsciddən çıxan möminlərin qəfil daş-qalaq edilməsi və ölümlə hədələnməsi isə SOS siqnalıdır.
Mənim diqqətimi çəkən digər məsələ isə möminlərin bu xəvariclərin sadaladığı xüsusiyyətlərdir.
Xəvariclərin “biz əmr gözləyirik, əmr gələn kimi başınızı kəsəcəyik” deməsi sanki İŞİD-in Azərbaycanda ”5-ci kolon”unun olmasına bir işarədir.
Yadınızdadırsa xəvariclər Misirdə Həsən Şəhatə adlı şiə din aliminə rafizi (dindən çıxmış) damğası vuraraq onun küçədə saqqalını qırxmamış, yerlə sürüyərək dəmir-daşla qətlə yetirmişdilər.
Hazırda ölkəmizdə vəhhabilərin hamısının beyinlərinə “şiələr rafizidir” fikiri yeridilməklə, ölkədə milli-dini ayrıseçkilik salırlar. Bu həm cinayət həm də, dövlətimizdə qarşıdurma yaradılmasına zəmin yaradır. Hətta bunların sosial şəbəkə üzərindən fəaliyyətləri də var. Hacı Şahinin qətlini əmr etmiş xəvaric-vəhhabilər məhz öz təhdidlərini FB üzərindən elan etmiş və ölkədə sabitliyin pozulmasına səbəb olmuşdular.
Lakin o xəvariclərin profilləri kimi çox sayda sosial şəbəkə profilləri vardır. Onlar profil şəkillərini məscidləri dağıdan, qadın-uşaq bilmədən hamının qanına əli bulaşmış İŞİD lideri Əbubəkr Bağdadinin şəkillərini qoymaqdan çəkinmir, İŞİD bayrağını təbliğ etməkdən çəkinmirlər. Hətta bəzilərin profillərində “rafizilərin qadınlarını cariyə edəcəyik” cümlələri də yer alır.
Bu quru təhdidlər deyil, çünki İraq və Suriyada adi insanlar, yəni xəvaricləri qəbul etməyən insanların kişiləri öldürülmüş, qadınları cariyə və “cihad nikah”ı adı ilə təcavüzə məruz qalmışdı. İŞİD-in işğal etdiyi Mosulda onlarla qadın təcavüzə məruz qaldığına görə, intihar etmişlər.
Sosial şəbəkələrdə İŞİD-i tərifləyən və şiələrə qarşı nifrət püskürən profillər çoxalıb.
Əlbəttə ki, İŞİD-ə dəstək verən o qruplaşmanın əvvəlində və ya axırında terrorçu yazmayan dilimizdə yazan medialar da var. Bu haqda başqa vaxt...
Əlbəttə ki, şiələr bunların cavabını vermyə qadirdirlər. Lakin bu cavab vermə bəzən ölkənin sabitliyinin pozulması olur. Odur ki, şiələri təxribata çəkmək istəyən bu təkfirçi-xəvaric düşüncəli ermənilərlə işləməyə meylli şəxslərin qarşısı vaxtında alınmalıdır.

Комментариев нет:
Отправить комментарий