Seyid Həsən Nəsrullah terrorçularla döyüşləri davam etdirəcəklərini bildirdi
İslamazeri.az-ın “Rasthaber”-ə istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah Yaxın Şərq regionundakı son hadisələr barədə danışıb:
“Suriya ərəb ölkələrinin döyünən qəlbi idi və indi də elədir.
Elə bir ölkə ki, İsrailə qarşı mübarizə apardı və şərqi ərəb ölkələrini himayə etdi. Hansı ki, İsrail Fəratdan Nilə qədər olan əraziləri işğal edib “Böyük İsrail” qurmaq istəyir. İsrail heç bir ölçü və sərhəd tanımır.
Suriya Misiri himayə edən tək ölkədir. Müqavimətin davamlı olması üçün tək qaladır. "Biz ərəbik" fəryadı ilə Misiri himayə edən ölkədir. Düşmənlə (İsrail) heç bir əlaqə qurmamaq iftixarını daşıyan ölkədir. Fələstin və Livan müqavimətinə dəstək verdi, himayə etdi və bu səbəblə də ağır əvəz ödədi. Biz bu səbəblərə görə döyüşürük, döyüşlərimizi davam etdirirk. Biz Suriyanı müdafiə edirik. Özünü fəda verən, güclü üsullarla müqavimətin yoluna işıq tutan, qüdrətimizin daimi qaynağı olan ölkəni, bizi himayə edən və izzətimizin yeri olan bu milləti müdafiə edən xalqı nə üçün kimlərdənsə icazə almalıyıq.
Fələstini işğal edənlər, dünyanın hər tərəfində olan sionistləri gətirdilər və gətirməyə davam edirlər. Yalan üstündə qurduqları xəstə fikirlərini yaymağa çalışırlar. İrqçilik və qətliamla bu fikirlərini müdafiə edirlər.
Bizim nəzərimizdə vəziyyətimiz və Suriyanı müdafiə etməyimiz tam açıq-aydındır. Suriyaya və bir çox ərəb ölkələrinə baxdıqda, hədəflərinin bölgəni bir neçə ölkə arasında parçalamaq olduqları görünür.
Bu parçalama təkcə dini məsələlərə görə yox, silahlı qruplar üçün əmirliklər, bölgələr və kiçik ölkələr qurmaq formasındadır.
Keçmişdə deyirdilər ki, Suriyanı 3-4 hissəyə, İraqı isə 3 hissəyə böləcəyik. Liviya, Misir və Tunisi də parçalayacaqdılar. Guya ki, bu fikirləri köhnəlib.
İndi isə İslam və ərəb ölkələrini silahlı qruplaşmalar arasında parçalamaq istəyirlər. Millətlərə, qəbilələrə və məzhəblərə görə yox. Hətta həmin qruplaşmaların birinin komandiri digəri ilə problem yaşadıqda özünə bir dövlət qurur. İşid və Nusra buna bir misaldır.
Bu, ziyan verməyin ən pis formasıdır və bizim bununla mübarizə aparmağmız lazımdır."
Комментариев нет:
Отправить комментарий