Təbrizli qızların ifasına alqış
Bu il iyunun 13-də, səhər saat 9-10 arası Masallıya yağan yağış sanki burada keçiriləcək III Beynəlxalq Festival iştirakçılarının və təşkilatlarının içinə yağırdı. Tədbirin başlanması ilə qurtarması ilə eyni vaxtda yağmağa başlayan və getdikcə güclənən yağış sanki demək istəyirdi ki, “bəs bilmirdiniz 13-ü nəhs rəqəmdir, belə gündə risk etmək olmaz”.
Tədbirin başlanğıcında zərif geyinmiş rəqqas qızlar, bayram libaslı oğlanlar yağışa bir qədər saylamazlıq göstərib İcra Hakimiyyətinin qarşısındakı meydanda parada başlasalar da, yağış öz özünü dedi. Tədbirə qatılan 16 qrupdan yarıdan çoxu təqdimat mərhələsini keçsə də, digər qruplara bu qismət olmadı. Belə ki, bir neçə rəqs qrupu paraddan keçmədən, güclü yağışa görə bir başa Rayon Mədəniyyət Evi qarşısında təşkil olunmuş Xalq Yaradıcılığı sərgisinə yollandılar. Icra hakimiyyəti qarşısında, yağış altında ən çox dözümlülük göstərən isə Mirqabil Hüseynovun rəhbərliyi ilə Masallı şəhər 1 saylı məktəbin kollektivi idi.
Xalq yaradıcılığı sərgisi
Ötən illərlə müqayisədə bu ilki Xalq Yaradıcılıq sərgisi daha mükəmməl təşkil olunmuşdu. Lakin yağış burada da iştirakçıları sərginin ləzzətini tam duymağa, yerli sakinlərin əl işlərini tam dolğunluğu ilə izləməyə imkan vermirdi. Hətta yaxınlıqdakı manqaldan kabab qoxusu, şəkərbura-paxlava qoxusu da yağışın “qorxusundan” tədbirə qatılanları özünə tam cəlb edə bilmirdi.
Proqramda dəyişiklik
Həmin gün günortadan sonra yağışı günəşli hava əvəz etsə də təşkilatçılar proqramda dəyişiklik etdilər. Belə ki, açılış mərasimi iyunun 13-dən 14-nə, qonaqların şərəfinə verilən ziyafət isə iyunun 13-nə keçirildi. “Nağıl dünyası”nda keçirilən ziyafət təbii ki, bir yeyib-içmək mərasimi deyildi. Tədbirə qatılan rəqs qrupları və digər ifaçılar öz çıxışları ilə ziyafət məclisinə unudulmaz bir əhval qatdılar. 10-a yaxın məkandan gəlmiş incəsənət ustaların rəqslərə, solo ifaları hamıda heyranlıq doğururdu. Tədbir iştirakçıları sırasında rəsmi şəxslər də az deyildi. Belə ki, Yaponiyanın, Latviyanın, Türkiyənin Azərbaycandakı səfirləri, Türkiyənin Sancaqlı bələdiyyəsinin sədri, Respublika Mədəniyyət Nazirliyinin rəsmiləri qonaqlar sırasında idi.
Masallı Sandıxlı bələdiyyəsi ilə qardaşlaşdı
Tədbirdə ən yadda qalan xəbər isə o oldu ki, Masallı şəhəri Türkiyənin Sancaqlı bələdiyyəsi ilə qarşılaşdı. Yaxın vaxtlarda bu qardaşlaşmanın davamı kimi qarşılıqlı səfərlər təşkil ediləcək, hər 2 məkan arasında qarşılıqlı mədəni əlaqələr daha da güclənəcək.
14 iyun. Kəndlərə səfər və açılış konserti
Nəhayət iyunun 14-dən başlayaraq festivala qatılan incəsən ustaları günəşli havanın imkanlarından istifadə edərək öz məharətlərini göstərməyə imkan tapdılar. Məlumat üçün bildirək, Masallıda keçirilən III Beynəlxalq Folklor Festivalında Türkiyədən Ankara Dövlət Rəqs ansamblı, İran, Latviya, Litva, Qazaxıstan, Rusiya, Gürcüstan ölkələrindən gəlmiş folklor təmsilçiləri iştirak edirdi. Azərbaycandan tədbirə Balakən, Ağcabədi və Astara rayonların folklor ustaları qatılmışdı. Masallı rayonu tədbirdə 4 kollektivlə-“Halay” , “Həcər”, “Masallı” rəqs qrupu və Nağaraçılar qrupu ilə təmsil olunurdu.
Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanisin, Türkiyənin Sandıxlı şəhər bələdiyyəsinin sədri Mustafa Öz, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər...
Tədbiri İctimai Televiziyanın paytaxtdan gəlmiş çəkiliş qrupu, eləcə də digər televiziyaların cənub bölgəsində çalışan təmsilçiləri, 10-dan artıq qəzetin və saytın təmsilçiləri işıqlandırırdı. Azpress.az saytının fəallığını xüsusi ilə qeyd etməliyik. Tədbir boyu bu saytın əməkdaşı olduqca operativ şəkildə adı çəkilən saytda 800-ə yaxın şəkil və material yerləşdirmişdi.
İyunun 14-də festival iştirrakçılar 2 komandaya bölünüb rayonun ən ucqar kəndləri- Qızılağac və Tüklə kəndlərində yerli sakinlər üçün konsert veriblər.
Festival iştirakçıların yüksək ifaçılığına görə bir-birindən fərqləndirmək çətin olsa da Türkiyə və Gürcüstandan gəlmiş rəqs qrupları peşəkarlığına görə daha çox diqqət çəkirdi. Əvvəlki festivallarda kişilərdən ibarət aşıqlar qrupu ilə çıxış edən İran təmsilçilərinin qızlardan ibarət rəqs qrupunun da çıxış etməsi olduqca maraqla qarşılandı.
Festivalın ulduzu sırasında isə Ağcabədidən gəlmiş gənc müğənni, Muğam festivalının laureatı Ramik Bayramovu saymaq olur. Yüksən səhnə mədəniyyəti, ürəyəyatımlı ifaçılığı ilə tamaşaçıları heyran edən Ramik öz çıxışı ilə Masallının İcra Başçısı Rafil Hüseynovu ağlada da bildi. Səhnə arxasında isə uğurlu çıxışından və alqışlardan kövrələrək Ramik özü də ağladı.
İyunun 15-də isə Festivalın bağlanış konserti Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə, qurtuluş gününə həsr olundu.
Tədbirin sonunda təşkil olunmuş atəşfəşanlıq isə festivala özgə rəng qatdı
Kiçik və ötəri nöqsanlar nəzərə alınmasa tədbir in təşkilatçıları festivalın yüksək səviyyədə keçməsi üçün bütün səylərini sərf etmişdilər.
Həmişə durğunluğundan gileyləndiyimiz Masallı 3 gün əsil bayram əhvalı yaşadı. /azpress.az/
Комментариев нет:
Отправить комментарий