04.07.2014

Edilməyən əməliyyata görə 1200 manat

2 ilə yaxın Bakı xəstəxanalarında dolaşan şəxs əlacını İranda tapıb

Lənkəran rayonunun Veravul kənd sakini, 45 yaşlı Natiq Fərzullayev həkimlərin onun başına gətirdiyi müsibətləri əməkdaşımıza aşağıdakı kimi nağıl edib:

-2011-ci ildə həkim müayinəsindən keçdiyim zaman orta qulaq nahiyyəmdə, gicgah sümüyü üstdə 2,4 sm. ölçüdə şiş aşkar edildi. Dedilər ki, təcili cərrahiyyə əməliyyatı olunmalıdır. Bakının bir çox xəstəxanalarında oldum. Dərdimə çarə tapılmadı.
Nəhayət, Bakıdakı 2 saylı, M.A.Əfəndiyev adına xəstəxananın həkimi Nizami Mehdizadə həmin şişlə bağlı tomoqrafiya “plyonka”sına baxib bildirdi ki, 1200 manat versən, bu şişi əməliyyat edib götürərəm. Əlacım nə idi, pulu ödədim və əməliyyat olundum. Sən demə, müsibətlərim bundan sonra olacaqmış. Əməliyyatdan günlər keçdikcə məndə yaxşılığa doğru heç nə baş vermədi. Əksinə, vəziyyət daha da ağırlaşır, ağrılarım daha da şiddətlənirdi. Bir necə dəfə həmin həkimin qəbulunda olub vəziyyətimi ona bildirdim. O, mənə “Müalicə edərəm, keçər” deyib, 10 gün qulağımın arxasından iynələr vurdu.
Təkrar tomoqrafiya olunmaq istədiyimi bildirəndə isə, ”girmə, süadır, ziyandır” dedi. Çarəsizlikdən yenə əvvəlki vəziyyətimdə, əzab-əziyyət, şiddətli ağrılar içində həyatıma davam etməli oldum. Beləliklə, 1 il 9 ay keçdi. Vəziyyətim dözülməz həddə çatdıgından təkrar Bakının Əhmədli qəsəbəsindəki Nevrocərrahiyyə İnstitutunda kompüter tomoqrafiyasından kecdim. Məlum oldu ki, qulağımdakı əvvəlki şiş oldugu kimi, elə həmin ölçüdə basımda durur. Yəni əməliyyat adı ilə məndən 1200 manat alınsa da, qulağımdakı şiş götürülməyib. Mənim pulumu alıb, özümü də açıq-aşkar aldadıblar.
Adını həkim qoyan şəxs pulu şərəf və ləyaqətdən, həkim vicdanından uca tutaraq taleyimlə oynayıb.
Doğma vətənimdə dərdimə əlac tapmayıb, üz tutdum İrana. Tehranda bir ay ərzində üzərimdə 2 dəfə ağır əməliyyat keçirdilər. Məlum oldu ki, 2 ilə yaxın səmərəsiz və həkimin naşı müalicəsindən, eləcə də saxtakarlığından sonra qulağımdakı şiş göz sinirimə, agız sinirimə ve qalxanvari vəzimə kok atıbmış. Bircə təsəllim o oldu ki, xoşbəxtlikdən həmin şiş xoşxassəli çıxdı. 
Mən həkim saxtakarlıgının qurbanı oldugum üçün dəfələrlə Respublikanın Bas Prokuroru Z.Qaralova, Səhiyye naziri O. Sirəliyevə şikayət məktubları ünvanlamışam. Hətta Səhiyyə nazirinin Lənkərana səfəri zamanı onun qəbulunda olub, bu məsələni onun diqqətinə çatdırıb, xahiş etmişəm ki, nazirliyin ekspert komissiyası bu olayı araşdırsın, saxtakar həkim cəzalandırılsın. Lakin hec bir tədbir görülmədi. Sonda ölkə başçısına da müraciət etdim. Yenə də məktuba cavab gəlmədi.
Bəzi həkimlər açıq-aşkar insan taleyi ilə oynayır. Yəni həkimin məsuliyyətsizliyindən ölə də bilərdim. Qanım arada batacaqdır. Görünür, belə həkimlər arxayındırlar ki, onların saxtakar əməlləri cəzasız qalacaq, ona görə sadə vətəndaşların başına istənilən oyunu açırlar.
Bircə ümid məhkəməyə qalır. Bu isə çoxlu vaxt və vəsait tələb edir - vəkil pulu, yol pulu... və s. Buna da mənim imkanım yoxdur. 2 ildə pulum da gedib, özüm də yarımcan olmuşam. Heç bilmirəm, kimdən kömək umum.
(Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq) 

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий