Elxan Zaman
Osmanlı dövlətində "bok yedirtmə" adlı bir cəza növü vardı. Müqəssiri nəcislə dolu çəlləyin içinə salardılar. Çəlləyi bir arabaya qoyardılar. Arabanı bütün şəhər boyu gəzdirirdilər ki, hamı görsün filankəs bok yedi. Bir nəfər yeniçəri əlində qorxunc bir qılıncla dayanıb qılıncı müttəhimin boynuna doğru fırladardı.
Müttəhim vaxt çatdırıb edib başını boçkanın içinə sala bilsə, başı salamat qalırdı. Hər dəfə nıryat (çəlləyə kəllə vurduqca) edib çıxdıqca sər-sifəti, gözləri, ağız-burunu nəcislə dolurdı. Əlləri bağlı olduğundan üz-gözünü silə bilməzdi, ona görə də get-gedə yeniçərini və onun ülgüc kimi qılıncını görmək bir az daha çətinləşərdi.
Bok yeyənin taleyi tam olaraq yeniçəridən asılı olurdu. Məsələn, o elə edə bilirdi ki, müəyyən bir müddət keçsin və müttəhimin gözlərindəki nəcis bir az da olsa axıb getsin ki, o qılıncı görə bilsin. Müttəhimin qismətinə mərhəmətli yeniçəri düşəndə onu öldürmürdü, sadəcə doyuncaya qədər ona bok yedirdirdi. Bir az qəddar yeniçəri olanda isə bir xeyli nəcis yedirdib axırda müttəhimin boynunu vururdu. Elə yeniçəri də olurdu ki, qılıncı elə başlanğıcda qoyurdu müttəhimin boynuna. Çünki nəcis iyləməyə həvəsi və hövsələsi olmurdu. Osmanlı sultanı isə daha çox nəcis yedirdə bilən yeniçəriyə ənam verirdi, ona görə də yeniçərilər müttəhimin axıra qədər sağ qalmasına çalışırdılar.
Mən mənsub olduğum xalqı, özüm qarışıq, həmin çəlləyin içindəki müttəhim kimi görürəm (bircə nə günahın sahibi olduğumuzu da desəydilər, bilərdik nə qələt eləmişik ki, bizə bu cür bok yedirdirlər).
23 ildir ki, yeniçərilər bizi bütün dünyanın gözləri qabağında "dövlət" adlı bir arabaya mindirib nəcis yedirdirlər, hamımızı xirtdəyə qədər poxun içində saxlaya biliblər. Nıryat eləməyənlərin başları gedəcək deyə, hamı nıryat etməyə məcburdur.
Vahid Mustafayev demişkən, nə bilmək olar, müraciət edək, birdən sultan mərhəmətə gəldi və 23 il nəcis yedirdəndən sonra boynumuzu vurdurmadı?

Комментариев нет:
Отправить комментарий