11.12.2010

Məryəm toyunda da hoppanıb

Sofiya Sadıqlı

Xalq rəqsi “Vağzalı”ya klip çəkdirən rəqqasə Məryəm Süleymanova ərə getdi. O, özünə “Karvan” şadlıq evində təmtəraqlı toy edib. “Vağzalı” klipində tumanının soyunub göyə fırılladan  Məryəmi o zaman yaşlı həmkarı, rəhmətlik Əminə Dilbazi yamanca tənqid etmişdi. O, gəlinin tumanını başından çıxarıb camaatın başına tullamasını pisləmişdi və bunun bizim mentalitetə zidd olduğunu bəyan etmişdi. Lakin məsəl var deyir, Quran oxumaqla donuz zəmidən çıxmaz. Belə ki, yeniyetmə qız anası olan Məryəm toyunda belinə qırmızı lent bağlayıb o ki var hoppanıb. Amma toydakı qonaqlar da səbəbkardan geri qalmayıb. Daha çox diqqətçəkən isə sinəsini belinə qədər açıq qoyan isə xalqın aktrisası, gözüyaşlı, burnusulu, qəlbi dağlı, dili şeirli-sözlü, sifəti qrimli-maskalı, başı şinyonlu-parikli Məleykə Əsədova olub. O, həmişəki kimi açıq-saçıq qara donu və sarı uzun saçları-şinyonuyla yanaşı, şit qrimiylə diqqət çəkib. Bu arada toyda hamının diqqəti ikinci yaxasıaçığa yönəlib. Bu isə, rəqqasə, çoxdan yoxa çıxmış Nailə Dadaşova olub.  

Xatirə sponsor axtarır

Adının sonuna İslam təxəllüsü əlavə edən müğənni Xatirə bunu müəllimi, rəhmətlik muğam ustası İslam Səfərlinin xatirəsinə etdiyini desə də yalanının üstü açıldı. Bəlli oldu ki, o, o qədər də müəllimsevər deyilmiş. Bu İslam o, İslamdan deyilmiş. Əslində sevglisi milyoner İslamın adını kliçka edən Xatirə o zamanlar tez-tez klip çəkdirər, yeni mahnılar yazdırardı. Bir sözlə Xatirə bərkgedən idi. Xatirəni bərk aparan isə onun sevglisi imiş. Sonra ara qarışdı, məzhəb itdi və Xatirənin fırıldağı üzə çıxdı. İndi o, sponsorsuzdu. Odur ki, qabaqlar klip çəkdirən Xatirə indi şəkil çəkdirir. Özü də seksi pozalarda. Səbəb isə bəllidir, sponsor tapmaq, klip çəkdirmək və yeni mahnılar yazdırmaq. 
  
Elnarə qəhrəmanlğa gedir

Bizim şouxanada hər şey qəfil dəbə minir. Ən son dəb isə doğmaq olub. Yəni əri olan, olmayan elə ha budur bir tərəfdən güc verib doğmağa. Elə bu şouxanada kimə baxırsan hamilədi. Vaxtilə “Elman” jurnalında açıq-saçıq pozalar verən, “Dəyirman” qrupuyla göbəyiaçıq klip çəkdirən müğənni Elnarə indi əməlli-başlı arvad olub çıxıb ortaya. Qız elə həvəsə gəlib ki, üçüncü uşağa hamilədir. Iri qarnıyla kameraların qarşısından keçən Elnarə deyəsən bu gedişlə qəhrəman ana olmağa hazırlaşır.
Yerigəlmişkən, Röya da ikinci uşağa hamilədir. Deyilənlərə görə, Röya uşağının cinsini də bilir artıq. Bu dəfə o, qız anası olacaq. İlk uşağı Hüseyn kimi buna da anası elə qarnında ad qoyub artıq. Amma hamıdan gizlədir. 

Sevinc qaraların ümidinə qalıb

Aparıcılıqdan müğənniliyə, müğənnilikdən aparıcılığa addıyan Sevinc Ağaşirinova şouxanamızda qeyri-adilik etmək istəyir. O, başqa həmkarları kimi bu yaxın bölgələrdən və ya küçələrdən kimisə məcbur özyülə toya-vaya aparıb “sevgilimdir” kimi təqdim etmir. Sən demə, Sevinc çox sivil qızmış. Belə ki, o, daha uzaqlara əl atıb və bir qara, qapqara, ondan da qara, nöyütdən də qara bir kişi tapıb. İndi mən yaxından elə də görmədim. Amma şəkillərdə gördüm ki Sevinc çox şad-xürrəmdir. Nə deyirəm, təki olsun, olsun e. Amma adam qara tapanda nolar, əyninə paltar geyinməzmi? İndi nolsun ki. Sən Novruzəliyə deyil, Cona aşiq olmusan.
  
Murad Arif dahi imiş

Televziya əməkdaşlarının yanında o qədər də yaxşı imici olmayan aparıcı Murad Arif sən demə, mahnı da bəstələyirmiş, hələ prodüsserlik də edirmiş. Amma yaxın günlərdə bozbaş müğənnilərdən olan Yaşar müsahibəsində Muradın rüsvayçı bəstəkarlığından, yarıtmaz prodüsserliyindən və üstəlik “atanşikliyindən” danışıb. O, 5 ildə Muradın ondan 100 min pul yediyini deyib. Şouxananın fəal üzvünə çevrilmək üçün Yaşara 50-60 min manatın yetərli olduğunu deyən Murad onun 100 minini xərcləsə də ortaya bir şey çıxarda bilməyib.

Aygün Kazımova yeni sifətdə

Dekabrın 13-də Murad Dadaşovun “Maşın” realiti-şousuna qatılacaq Aygün Kazımova yeni sifətini və kiçildilmiş sinəsini reklam edəcək. O,
yeni plastik əməliyyatından sonra evində istirahət edir. Dodaqlarını, sinəsini kiçildən Aygün yeni pəhrizi zamanı 15 kilodan çox çəki itirib, bu isə onun dərisinin sallanmasına gətirib çıxarıb. Aygün əməliyyat zamanı sallanan qarnını da yığdırıb. Eyni zamanda o dərisinin qırışlarını açdırıb. Yüngülvari əməliyyat adlandırsa da şoumuzun gözəlçəsi əməlli-başlı “evroremont” etdirib. Özünə qismət. 

Комментариев нет:

Отправить комментарий