Cavid İbrahimli: "Ədəbiyyat sərbəst yaradıcılıq sahəsidir, yazar və ya şair olmaq üçün bir məktəb yoxdur"
Aydın Xan: "Problem bundan sonra daha da kəskinləşəcək"
Cəlil Cavanşir: "İnternet ədəbiyyatda geniş üfüqlər açmaqla yanaşı, həm də xaos yaradıb"
Azadlıq Radiosunun "Pen klub" proqramındakı müzakirədə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Kultaz" ədəbiyyat portalının rəhbəri Zahir Əzəmət, yazıçı Əli Əkbər iştirak ediblər. Mövzu belə olub: İnternetin inkişafı ədəbi mühitdə xaos yaradırmı? Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, "təhlükə odur ki, böyük bir qrafomanlıq başlayır. Hər əli qələm tutan, hər klaviaturanın düyməsini döyəcləyən, üç cümləni dal-dala qoşanlar özlərini şair və ya yazıçı adlandırırlar. Bu, məncə, əsl ədəbi dəyərin harada olduğuna kölgə salır." Daha sonra Rəşad Məcid sözlərinə belə davam edib: "İndi xüsusən bizim yeni yazmağa başlayan gənc insanlar əlinə qələm alıb bir şey yazan kimi o sosial şəbəkələrdə, müxtəlif bloqlarda, saytlarda özünə yer tapır. Və istər-istəməz gənc iddialılara xas olan bir xüsusiyyət var ki, o artıq sosial şəbəkədə öz yaşıdlarından bir neçə tərif görəndən sonra məhz bu cür yazmağın məqbul olduğunu özünə təlqin edir. Həticədə, mənim fikrimcə, dəyərlər itir, yaxşı yazının hansı olduğu bilinmir. İndi yeni çap olunan çoxlu kitablar var ki, onları məhz bədii dəyərinə görə sovet vaxtı çap etməzdilər. Yəni ibtidai yazmaq qabiliyyəti olmayanlar, indi görürük ki, meydan sulayırlar". Burdan belə bir sual çıxır: yəni, doğurdanmı Azərbaycanda internet ortamında yaranan ədəbiyyat problemli ədəbiyyatdır? Bu sualla yazarlarımıza müraciət etdik.
Yazar Cavid İbrahimlinin məsələyə yanaşması maraqlıdır: "Mən mühəndisəm, mühəndis olmayan biri, bacarırsa, mən edəcəyim layihəni etsin. Dizayner olsaydım, yenə eynisini deyərdim, necə ki, yaxşı yazar olsaydım, deyərdim ki: "Əşşi, qoy yazsınlar..." Hər yazmaq istəyən yazsın, nə qədər uğurlu olduğunu zaman göstərər. Kimsə özünə şair və ya yazar deyirsə, burada nə problem var? Xalq sevməzsə, unudulacaq...
Ədəbiyyat sərbəst yaradıcılıq sahəsidir, yazar və ya şair olmaq üçün bir məktəb yoxdur. Hər kəsin özünü istədiyi kimi adlandırmaq haqqı olmalıdır. Sözü azad olmayacaqsa, belə yazar, məncə, heç olmasın".
Yeni Yazarlar və Sənətçilər Qurumunun başqanı, tənqidçi - kulturloq Aydın Xanın fikrincə, AYB katibinin həyəcanlı açıqlamasını yalnız elitar - peşəkar ədəbiyyata aid edilən əsərlərə və müəlliflərə şamil etmək olar: "Fəqət son 20 ilin ədəbiyyatı elitarlıqdan - qapalı mühitdən çıxıb açıq məkanlara, kütləviliyə transfer olunub. Bu mənada şəbəkə - İnternet ədəbiyyatı adlandırdığımız əslində söz sənətinin yeni innovativ qolu kimi inkişaf etməkdədir. Bu yeni istiqamət ədəbiyyatın canlı, təsiredici və interaktivliyini təmin etdi. Bloggerlik, sosial jurnalistika, şəbəkə ədəbiyyatı, multimedik mətn reallıqla estetikanı özündə ehtiva edərək insanların əksəriyyətinin intellektuallığını, yaradıcı təxəyyülünü inkişaf etdirdi, yeni kreativ inqilabın əsasını qoydu. Təəssüflər olsun ki, bizdə yenə də geridə qalmaq kimi bir problem var: şəbəkə ədəbiyyatında intellektuallıq və estetik məsələlər az, ənənəvi söz sənətində isə qabaqcıllıq və fərqli, qlobal düşüncə formaları yox... Rəşad Məcidin toxunduğu problem bundan sonra daha da kəskinləşəcək və bunun üçün də Azərbaycanda İnternetlə məşğul olan xüsusi beyin-estetik mərkəzlərə ehtiyac duyulur"...
Yazar Cəlil Cavanşir hesab edir ki, çox adamın yazmasının heç bir pis cəhəti yoxdur: "Əlisəmid Kür demişkən, əclaflıq eləmirlər ki, şeir yazırlar. Əsl ədəbi əsərlər də məhz böyük rəqabət şəraitində meydana çıxır. Mənə elə gəlir ki, ədəbi aləmdə başlayan qrafomanlıqda Rəşad Məcidin də böyük payı var. Məhz Rəşad Məcidin rəhbərliyi altında iki il davam edən Gənc Ədiblər Məktəbinin 50 məzununa qırmızı üzlü yazıçı diplomu veriləndə Rəşad Məcid qrafomanlığı düşünməli idi. Həyacan təbili 50 "gənc ədib" yetişdiriləndə çalınmalı, zamanında münasibət bildirilməliydi. GƏM-in bir çox üzvləri bildirir ki, GƏM-in toplantılarında demək olar ki, heç nə öyrənməyiblər. Hətta imzasını xilas edə bilmiş bir çox "gənc ədib" yazılarında və müsahibələrində GƏM-ə istehzayla yanaşır. GƏM ciddi imza yetişdirə bilməyib. Düzdür, əks-iddia ilə çıxış edib deyə bilər ki, "bunu zaman göstərəcək". Ancaq əmin olun, zaman heç nə göstərməyəcək. Yetişənlər artıq üzdədir. Mən şəxsən bu fikirdəyəm ki, Qisməti, Cavid Zeynallını, Kəraməti, Feyziyyəni, Elnaz Eyvazlını, Rəbiqəni, Günel Eminlini GƏM yetişdirməyib. Bəs GƏM nə edib? GƏM 30-dan artıq qrafoman yetişdirib. Hər il 20 gənc yazara prezident təqaüdü verilir. Məgər Rəşad Məcid narahatçılığını prezident təqaüdçülərinin siyahısı hazırlanarkən, GƏM-dən 50 nəfərə yazıçı diplomu verilərkən bildirməli deyildimi? Düzdür, etiraf eləmək lazımdır ki, internet və sosial şəbəkələr ədəbiyyatda xeyli geniş üfüqlər açmaqla yanaşı, həm də xaos yaradıb. Bunu bütün ciddi qələm adamları hiss edir və və narahatçılığını da bildirir. Ancaq bu təbii prosesdir. İnternetdə asanlıqla cızma-qaralarını yayanlar bir gün bu mənasız işdən yorulub səhvini anlayacaq. Ancaq Rəşad Məcidin diplom verib "şair", "yazıçı" "düzəltdiyi" qrafomanlar necə olacaq? Məncə, Rəşad Məcid internetin yaradıcı adamların həyatındakı rolundan, ədəbiyyatda yaratdığı xaosdan narahat olmamalıdır, hər il təqaüd siyahısında gənc yazarları təmsil edən 20 "istedadlı" gəncdən əndişələnməlidir. Məcburiyyətdən nazirliyə təqaüd almaq üçün təqdim etdiyiniz 20 "istedadlı" gəncin adlarına göz gəzdirəndə, təqaüddən kənarda qalan, yazıları ilə artıq özünü təsdiq etmiş AYB üzvü olan gəncləri düşünürsünüzmü? Məncə, sizi bu narahat eləməlidir. Yaxşı ki, hər il üç-beş nəfər bu siyahıda sizin üzünüzü ağardır".
Şair Xəyal Rza deyir ki, bu fikirlərlə müəyyən mənada razılaşmaq olar: "Ancaq məsələnin birinci hissəsilə razılaşmaq mümkündü, ikinci hissə bir az geniş mövzudur. İnternet ortamında öz cızmaqaralarını paylaşan və oxutdurmağa çalışan həvəskarlar var. Məncə heç belələri özləri də özlərini şair və yazıçı adlandırmırlar. Dövrün tələblərinə uyğun olaraq internetdən istifadə edib, öz əsərlərini təqdim edən səviyyəli yazarları da bura şamil etmək düzgün deyil. Bir də əsl ədəbi dəyərin harada olmasının mübahisəsi yersizdir. İstənilən şairin ve yazarın özünü başqalarından üstün tutmasını müsbət qarşılamıram. Burada şeirdən, romandan anlayan, qiymət verməyi bacaran çoxlu sayda səviyyəli insanlar var".
Yazıçı - publisist İradə Tuncay isə Rəşad Məcidin fikirləri ilə razıdır: "Son vaxtlar bu internet ortamında özünə yazar deyənlərin yazdıqlarını izləmək məcburiyyətində qalmışam. Niyə məcburiyyət deyirəm? Səni istəmədən hansısa qrupa üzv edirlər və istər-istəməz səhifənə gələn informasiyaları oxumalı olursan. Və nə görürsən? Hamı bəsit qafiyəpərdazlıqla nələrsə cızmaqara edib və bu qrupun üzvləri də bəh-bəh vururlar özlərinə. Bir müddət sakit izlədim. Sonra dözmədim, yazdım ki, bu nədi belə? Axı yalandan nə tərifdi belə?
Elə dəhşətli reaksiya verdilər ki... Sildim adımı qrupdan ki, heç olmasa görüb əsəbləşməyim. Yalandan "like" eləməklə ədəbiyyat yaranmır... Amma istedadlı uşaqlar çoxdur. Qızları xüsusi qeyd eləyərdim. İstedadlılara nəsə bir söz anladanda qan düşmür".
Yazar Şərif Ağayar hesab edir ki, internetin faydalı və zərərli tərəfləri var: "Ancaq gördüyünüz kimi faydalı sözünü birinci işlətdim. O ki qaldı Rəşad müəllimin fikirlərinə, internet olmamış da qrafomaniya var idi. Görünür, internet bir çox şeylər kimi qrafomaniyanı da sürətləndirib".
Yazar Şahlar Ruhi açıqlama ilə tanışdır: "Orxan Adiloğlu, Orxan Muxtarlı kimi yazarlara təqaüd verib onları cəmiyyətə buraxan nə çölçülər, nə AYO, nə də ayrı qurumlar yox, məhz AYB-dir. İkincisi, hörmətli Rəşad bəy qeyd edir ki, oxucularla yazarları toplasan 1000 nəfər ola, ya yox. Əgər doğrudan da elədirsə, niyə AYB nin 1700 dən çox üzvü var. Yəni AYB-nin katibi bunu görə-görə niyə buna mane olmaq üçün bir tədbir görmür? Xəstə ədəbiyyat əgər internetdə yaranırsa, AYB-də niyə inkişaf edir"???
Yazar, "Yeni Avropa" qəzetinin baş redaktoru Yusif Məhəmmədoğlunun fikrincə, hərənin bir cür yanaşması ola bilər: "Amma harada, necə olmağından asılı olmayaraq ədəbiyyat yaranırsa, buna yalnız sevinmək lazımdır. İnternet ortamında yaranan ədəbiyyat heç zaman problemli ədəbiyyat ola bilməz. Lakin yazılı ədəbiyyat necə olacaq, bunu düşünmək lazımdır"...
Yazıçı - publisist Hafiz Mirzə hesab edir ki, Rəşad bəyin qaldırdığı bu məsələnin problem tərəfi var: "Belə ki, adətən naşılarda təxəyyül istedadı olmasa da, fərasətləri artıq olur və fərasətləri hesabına onlar əsil istedadların yerini qapamış, tutmuş olurlar. İstedadlı şəxslərin bir çoxu eyni qədər "helmli olmurlar" - deyə bəzən parlamadan sönənləri də az olmur. Amma mən onun tərəfdarıyam ki, qoy kim bacarırsa yazsın. Bu bolluqda yalnız daha keyfiyyətlilər irəli gedə biləcək və bunlar inkişafa müəyyən qədər müsbət təsir də göstərəcək. Yoxsa ki, ayrı-ayrı qəzet və jurnallar daha öz yerliləri, dost və qohumları ilə ədəbiyyatda monopoliya yarada bilmirlər. Onları narahat edən də budur ki, bazara onların bığının altından keçməyən kənar qüvvələr də gəlir.
Bunlar internet məkanının üstünlükləridir. Amma mən onu da bildirməliyəm ki, müasir dünya yalnız güclüləri sevir. Qoy bizdə də hərtərəfli fərasəti və istedadı olanlar önə çıxsınlar, təkcə istedadın olması ilə hər şey bitmir. İnsan özü də özünə yol, cığır açmalıdır. Bu əsla təhlükəli deyil
və məncə heç olmasa buna təkan vermək lazımdır".
Oktay Hacımusalı http://xalqcebhesi.az

Комментариев нет:
Отправить комментарий