Qazaxın Yuxarı Əskipara kəndində doğulub. Bakıda təhsil alıb. Qırılı kəndində müəllim işləyib. 2003-ün oktyabrında həbs olunub. Şeir də yazır, hekayə də, məqalə də, canım sizə desin, roman da. Davada əldən istidir. Qabağından yemir.
Həzrəti Əli (s.a) deyirdi ki, danış səni görüm. Məncə onun haqqında uzun-uzadı danışmaqdansa, söhbətimizi sizə təqdim etsək yaxşıdır. Müsahibimiz Qazaxda yaşayan Bəxtiyar Hidayətdir.

- Qazaxdan baxanda Bakı ədəbi mühiti necə görünür?
- Gəl ədəbiyyatı mühitlərə bölməyək. Söhbət Qazaxda yazıb-yaradan adamlardan gedirsə, onların dar çevrədə qurduqları dünyaya ədəbi mühit demək olmaz məncə.
Özün şəhər uşağısan, sən yaxşı bilməlisən ki, indi internet əsridir, sərhədlər götürülüb. Şəxsən mənim üçün Qazax ədəbi mühiti, Bakı ədəbi mühiti deyilən anlam yoxdur. Mənim üçün fərdlər var! Həmin fərdlərin çoxu ilə facebook-da hər gün tapışmaq, yazışmaq özü Bakı ədəbi mühitinə qoşulub da onunla bötövləşmək ədəbi əyalətçiliyin, dalına bir təpik vurmaq, deməkdir.
Yeri gəlib, onu da deyim ki, biz Azərbaycan deyəndə məhəlli düşünməsək yaxşıdır. Yəni yalnız Quzeyi nəzərdə tutmayaq. Bilirsənmi, bu gün Bütöv Azərbaycan hər iki tərəfdə yazıb-yaradan qardaş-bacılarımızın hesabına ədəbiyyatda yaşayır, daimi gündəmdə qalır. Ol səbəbdən deyirəm ki, Güneyi, Quzeyi əhatə edən bir ədəbi mühit gərəkdir bizlərə. “Alatoran” jurnalının bu işdə göstərdiyi çaba doğrudan da alqışa layiqdir. dayaq.org saytını da deyərdim.

- Ədəbi qalmaqalları izləyirsənmi?
- Yekə kişisən, qalmaqal nədir? Manısıqmı biz? Yazıçıya yaraşmaz belə şeylər. Yazıçının işi yaxşı yazmaqdır. Ədəbiyyatda uğurun yeganə düsturudur bu! Qalmaqalçılar anlamalıdırlar ki, onlarsız da ədəbiyyat yarana bilər və yaranır.
- Kimlər yaradır o ədəbiyyatı?
- Cavidan, Fərican Yaren, Xülya Sabirli, Hikmət Carçılı… Çoxdur talantlı cavanlar. Onları oxumaq, onlara kömək olmaq lazımdır.
- Ötənlərdə “Qanun” nəşriyyatı ilə ciddi problemlər yaşadın. Bu barədə bir az danışmağını istərdim. Sən canın, niyə elə eləyirdin onlarla?
- Vaxtilə İntiqam Qasimzadəyə belə sual ünvanlanırdı. Sən nəçisən? Yazıçı, şair, tənqidçi, yoxsa publisist? Cavab da bu idi ki, bunların heç biri.
Şahbaz Xuduoğlu da belədir. Yəni İntiqam Qasımzadənin o biri üzüdü. Saxtakardir. Elə onun dostu Günel də. Günel Mövlud. İkisi birləşib mənimlə oyun oynamaq istəyirdilər. Roman göndərmişəm oxumağa, Günel deyir müsbət rəy vermişəm, Şahbaz deyir mənfi rəy verib. Günelə dedim ikicə kəlmə yaz əlimdə bir fakt olsun. Dedi, eləmədi. Sonra da Şahbaz mənə nə desə yaxşıdır? Deyir, sən 3 nəfərdən zəmanət al, səni oxuyum, sonra bir söz deyəcəm. (gülür)
Ay Şahbaz, axı mənim əsərim sənin başının “razmer”ində deyil. Nə isə əşi, boş şeylərdir, özüm çıxaracam kitabımı. Yazdığıma güvənirəm.

- Ədəbi aləmdə bəzən gizli, bəzən açıq rast gəldiyimiz bir termin var – “Qazaxşina”. Doğrudanmı belə bir tendensiya var?
- Bir zamanlar Asif Ata bunu dəhşətli xəstəlik adlandırmışdı. Mən onunla razıyam. Belə xəstəlik var. Gəl dediyimi sənə sübut edim, sənin də bir az müalicəyə ehtiyacın var bu xəstəlikdən. Yaxınlarda Qazax şairlərinin “Almanax”ı çap olunub. İnan, eşşəyə yükləsən, beli yağır olar. İçində bir misra yox. Yalnız Qazaxda yaşamayanları çıxmaq şərti ilə, içində bir misra yoxdur. Onların da hamısını demək olmaz. Amma dindir deyəcəklər “Əli Kərim-zad kimdi. Bizdən yoxdur, baveyin başı haqqı”. Özü də and içəndə sənin babanın başına and içəcəklər. Yalan danışırlar axı.
Qazaxda əksəriyyət şeir yazır. Heç biri də ciddi ədəbi dərgilərdə çap oluna bilmir. Ona görə də belə gic almanaxlara üz tuturlar. Bunların cızma-qarası Allahın “Ulduz” jurnalına da layiq deyil.

- Tez-tez “Facebook” statuslarında müxalifəti tənqid edirsən. Bir zamanların alovlu müsavatçısını keçmiş cəbhə yoldaşlarından incik salan nədir?
- Yaxşı eləyirəm! Xırda hisslər imkan vermədi birləşmələrinə. Bu həm də şəxsi inciklikdir. Sən bilirsən hansı işgəncələr verilib mənə. İnan, indi müxalifət mətbuatında olanların əksəriyyəti bu işgəncələrə dayanmayıb YAP-a keçərdilər. A kişi, bu adamlar qəzetlərində yer vermədilər mənə. (siqaret yandırır) “Mən səni sevirəm, sən sevməsən də” mahnısını nə qədər oxumalıyam? Birləşmə-birləşmə oyunu təzə başlayanda dedim ikiləyənlər birləşə bilməz. Bunlar ikilədilər, birləşmədilər. Sən də qazaxlılıqdan bir az qalıbsa, biləcəksən ikiləmək nə deməkdi.(gülür) Bir sözlə haqqım var inciməyə. Fərari ilə fədainin fərqi bilinməlidir.
-Təzə nə yazırsan, kimləri oxuyursan?
-Təzə şeirlərim var. Hecada və sərbəst. İnan “Facebook”olmasa batıb gedərdim. Heç kim çap etmək istəmir məni. Özümə qarşı az qala hər yerdə qısqanclıq hiss edirəm. Nə bilim ee, əksəriyyəti belədir. Buna görə də Yaşasın Virtual Aləm!
Oxumağa gəlincə… Bu yaxınlarda Səmavi kitabları yenidən oxudum. Sənə deyim, axır vaxtlar içimdə qəribə bir nostalji var. Yeni əsərlər oxuya bilmirəm. Oxuduğum, klassik əsərlərdir. Məsələn elə, “İdiot”u başlamışam yenidən oxumağa. Məncə, yazıçı böyük sənət əsərlərini bütün ömrüboyu təkrar-təkrar oxumalıdır. Yaşar Kamal məktəbli ikən müəllimi ona çoxlu kitab alır. Kitabları acgözlüklə qarışdıran Yaşar görür ki, bütün kitablardan bir, “Don Kixot” dan isə üç nüsxədir. Müəllimdən soruşur:- Niyə “Don Kixot” üç nüsxədir? Müəllim cavab verir: – O kitabı ömür boyu oxumaq lazımdı…
Həə, belə kişilər olub, ay Mövlud, belə kişilər…

-Məncə, burda söhbəti tamamlasaq yaxşıdır.
-Məncə də…
M.Mövlud axar.az
Комментариев нет:
Отправить комментарий