Günay Ümid
Bəlkə bir gün
Kitabım olsa
açmayın!
Səyfələrin arasında
Tökülməsin dərdlərim…
Bəxtsiz şerlərimi
Sıxışdırıb boğun öz nəfəsində
Onlar mənim
Qaranlığa açılan gözlərim idi.
Toxunmayın qoy qovrulsun
Öz səsində…
Bir nöqtə işığım var
Sizdə barmağ tıxayın…
Toxunmayın kitabıma
Saralsın misraları
Ürəyimin sarı simi kimi
Öz səsini özü duysun
Özü yansın öz oduna…
Toxunmayın kitabıma
Toz bassın səyfələri
Basdırsın bəxtsiz şerlərimi
Öz tozu, öz torpağı..
Mənim bu “şou” dünyasında
Tanınmağa üzüm gəlmir
Dönə-dönə mən şairəm
Deməyimə sözüm gəlmir
Mənim “sənət dəblərinə”
Uyuşmağa dəbim keçib
Şeyirlərim bir qırağda
Yerin seçib…
Şair deyib öz adıma
Meydan alıb çoşmamışam…
Tərif edib
Tərifləri sevənləri
Misra-misra daşmamışam
Mənə şair deməyin…
Mənim şənə deyiləsi
Şeirim yox!
Vərəqlərin sinəsini
Qoy yandırsın nakam olan
arzularım…
Ümidini itirmiş
ümidlərim kimə lazımdır axı?
Qara hərflərə boyanmış
öyüdlərim kimə lazımdır axı?
Şerlərim mən özüməm…
Ruhumdakı bu ilhamı
Sinəmdəki bu ürəyi
Etinasız aldırın…
Oxumayın kitabımı
Məni rəfə qaldırı
Təslim oldum
Deyəsən mən təslim oldum!
Daşa dönüb
Gözlərimdən axan göz yaşı,
Qəddarlaşıb ümidlərimin
Arzu yağışı…
Hisslərim qamçılayıb
Varlığımı,
Duyğularım tanımır
Heç kimi,
Kökdən düşüb ürəyimin
Sarı simi.
Deyəsən
Mən təslim oldum!!!
Şerimin ruhu
Qələmin ucunda
Ölən duyğularım şerə dönür!
Bir gün yad edəndə insanlar
Məzarı vərəq olan şerlərimi
Hiss adlanan ruhum
Dolaşacaq ətraflarında
Gülə-gülə
Ağlaşacaq ətraflarında!
***
Şerlərimin
Əlindən tutub
Gün üzünə
Çıxarmaq istədim!
Günəş
Gülmədi gözümə
Bir kəs cəsarət edib
Baxa bilmədi üzümə…
Комментариев нет:
Отправить комментарий