12.10.2011

AYB-nin Natəvan klubunda Güney tədbiri


“Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər” mövzusunda tədbir keçirilmişdir

10 oktyabr 2010 – cu ildə AYB – nin Natəvan adına klubda “Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Söhrab Tahir açıb. Daha sonra söz AYB – nin Güney bölməsinin rəhbəri Sayman Aruza verilib. Bu məruzə Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər adlanırdı. AYB – nin Güney bölməsinin rəhbəri Sayman Aruz çıxışı zamanı bildirdi ki, İran adlanan ölkə çox millətli bir ölkə sayılır. Lakin bu ölkədə bəzi millətlər öz hüquqlarını tam əldə edərkən, bəzi millətlərə bu hüquqlar verilmir.


Güney Azərbaycan ədəbiyyatının Quzey Azərbaycanda təbliği baxımından müəyyən işlər görülməlidir. Ədəbi Körpünün yaramasında qarşiya çıxan problemlər və onlrın aradan qaldırilması yollarının tapilması olduqca əhəmiyyətlidir. Bu problemin həlli, hər bir milləti və vətəni düşünən ziyalının milli borcudur. Nə qədər ki, ədəbiyyat və ümumiyyətlə bütün problemlər və proseslərimizə milli gözlə baxmamışıq, o qədər də bütöv millət olmaqğımıza nail ola bilməyəcəyik. Bu əsas məsələni nəzərdə alaraq, ilk öncə “Güney Azərbaycan ədəbiyyatı və ictimaiyyətinə nə edə bilərəm” sualı hər bir fərdin və ziyalının beyninə gəlməli və qarşısına bir məqsəd kimi qoyulmalıdır. Necəki, hər bir Güneylinin ruhunda Qarabağ problemi yaşayır və onun həll olunması üçün saniyələri sayır. Imkanları topluyub və bütöv şəkildə ictimaiyyətimizin problemlərini həll edə bilərik. Unudmayaq ki, hər bir ölkədə, xalqın istəyində asılı olaraq, həmin ölkənin hakimiyyəti də proqramlar hazırlaya bilər. Biz Azərbaycan xalqı isə ilk növbədə, öz daxılımızdə bu qərara gəlib, sonra dərdlərimiz dərmanın üçün ayağa qalxmalıyıq. Mən, bir Güney Azərbaycan ziyalısı olaraq, oranın mühitini tanıyaraq, nə edə bilərik sözünü bir neçə sözlə cəvablandıracam. Ümid edirəmm ki, həmin bu cəvablar sizin hər birinizin diqqəti cəlb edəcək.

Cəmiyyətimizdə Güney Azərbaycan durumunu açıqlanması və bu sahədə KVİ-nin müntəzəm olaraq təbliğatı.
Gənclərimizin bu sahəyə cəlb olunması üçün məktəblərdə və institutlarda Güney Azərbaycan mühitinin öyrədilməsi.
Güneyli soydaşlarımızı burada təhsilinin təmin olunması.

Ədəbi körpünün möhkəm və davamlı yola çevrilməsi üçün Güney Azərbaycan ədəbi-mədəni əlaqələr fondunun yaradılması.
 Bu baxımdan Güney Azərbaycan yazarlarının burda mədəni – elmi fondunun yaradılması yönündə təklif edilib.  
Yazar – publisist Xeyrəddin Qoca çıxışında bildirdi ki, bu sahədə bir sıra işlər görülsə də, lakin əsas problemlər qalmaqdadır. Bu problemlərin həlli üçün bu gün həm Güneydə, həm də Quzeydə yaşayan həmvətənlərimizin üzərinə böyük vəzifələr düşməkdədir. Yeni dövrdə yaranan Azərbaycan ədəbiyyatının boynuna düşən vəzifə yeni qəhrəmanlar meydana gətirmək, formalaşdırmaqdır.
Daha sonra çıxış edən tarixçi alim Firudin Cəlilov, tənqidçi - ədəbiyyatşünas Rüstəm Kamal, diaspora nümayəndəsi Yəhya Əliyev, Xəzər Universitəsinin rektoru, alim – şair Hamlet İsaxanlı, Musa Nağıyev adına Milli Mənəvi Dəyərlərin Qorunması Fondunun rəhbəri Dilarə Ağamusa, Şair Abbas Abdulla, Şəhriyar irsinin araşdırmaçısı Esmira Fuad, araşdırmaçı – yazar Gülxani Pənah bu məruzənin önəmini vurğulayaraq, Güney Azərbaycan ədəbiyyatındakı problemlərin öyrənilməsində hələ çox işlər görməli olduğumuzu qeyd etdilər.
Tədbir bundan sonra da belə tədbirlərin silsilə şəklində davam etdirilməsi yönündə arzularla başa çatıb.

Oktay Hacımusalı

Комментариев нет:

Отправить комментарий