Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!
Yəqin
bilirsiniz, Latın Amerikasından olan məşhur
Hollivud ulduzu Cenifer Lopez arxasını
10 milyon dollara sığortalatdırıb. İndi Ceniferin arxasını hansı təhlükənin
gözlədiyini
Hollivud filmlərinə baxanlar yaxşı bilər,
biz isə bilmirik. Adətən
evi, maşını sığortalatdırırlar ki, işdi birdən
qəza
baş verər, yanar və
ya xarab olar. Bütün bu ehtimalların insanın hansısa orqanına nə
dərəcədə
dəxli
olduğunu araşdıran zaman qəribə
şeylər
çıxır ortaya. Nə isə Allah şeytana lənət
eləsin!
Amma
bu yaxınlarda daha bir şouxanımın sığorta məsələsi
haqqında oxuyanda mat qaldım.
“Yeni
Ulduz” mahnı müsabiqəsindən
sonra “itib-batan”
şouxanım Sehri Rəhimova deyəsən müsabiqədən
sonra xeyli varlanıb. Çünki o, sinəsini sığortalatdırmaq istəyir.
Sehri
itib-batmasının da səbəbini
açıqlayıb. Sən demə, yazıq qıza sponsorluq etmək
istəyən
gijqulular (rəhmətlik
Elçin Səlcuqun sözüdür) day bu gözəlçəyə
nəfəs
almağa imkan vermirmişlər. Hamısı əl-ayaqdan
gedirmiş ki, Sehri xanımın könlünü xoş etsinlər.
Sehri xanım isə o zamanlar sadəcə
çox “uşaq və sadəlövh” olduğundan sponsorlarının könlünü xoş
edə
bilməyib və
şouxanadan uzaqlaşıb. Qız deyir sonralar oxumaq istəyi
onun bütün “yoxlarının” üstündən elə
bir xətt çəkib ki... indi dayanmadan gecə
və
gündüz oxuyur:
“Oxumağı çox istəyirdim. Amma bəzi
problemlərə görə,
peşəmi
dəyişmək
qərarına
gəldim.
Cəmi
18 yaşım var idi.
Elə
vəziyyətlər
yaranırdı ki, razılaşa bilmirdim. Çox çətin
idi. Zaman keçdikcə anladım ki, oxumaya bilmirəm.
Baş verənləri izah etməyə
çətinlik
çəkirəm.
Barışa bilmədiyim söhbətlər
sponsor söhbətləri idi. İndi böyümüşəm.
5 ildən artıq vaxt keçib və
anlamışam ki, bu faktla barışa bilərəm.
Gecə-gündüz
oxuyuram. Məhz oxumaq arzum məni
bütün bunlarla barışmağa vadar edir. Əvvəllər
həyatı
başqa cür təsəvvür edirdim. Onda sadəlöhv
idim. Amma indi həyatı olduğu kimi yaşayıram. Nəyəsə
nail olmaq istəyiriksə, onun parametrlərinə
cavab verməliyik ”. Xülasə, Allah axrını salamat eləsin.
Birdə
gördün Sehri də Cenifer kimi ora-burasını sığortalatdırdı. Amma
Sehri dəqiq qızdır və
Cenifer kimi mərifətsiz deyil, mentalitet zad var axı. Sehri
deyib ki, burnunu
sonradan estetik əməliyyatla
düzəltdirdiynə
görə
sığortalamaq istəyir. Daha sonra isə
qız ayaqlarını və sinəsini də
sığortalatdırmaq istədiyini deyib. “Mən
ilk növbədə burnumu sığortalatdırardım. Çünki o, əməliyyat
olunub. Sinəmi və ayaqlarımı da sığortalatmaq istərdim”.
İndi nə
bilim e, görünür hərənin
çörəyi
bir şeydən çıxır. Nə
isə,
bu sığorta məsələsi
yadıma düşəndə o an Ceniferin silikonlu, yekə
arxasını xatırlayıram, o anda da nənəmin
sözü yadıma düşür.... amma burda deyiləsi
söz döyül.
Etiraf
et, İlham Mirzəyev, etiraf et!
Yaxınlarda
bir qara xəbər ruzgar kimi dəlib
keçdi. Dedilər guya telekanallarımızın gülü-bülbülü, gözüyaşlı,
başıdaşlı, qəmgin qonaqlarının dərd-qüssəsindən
dəli
olan “Etiraf”çı İlham Mirzəyev yoxa çıxıb. İlahi, inanın ki, tamaşaçılardan da çox, cadu-pitikçi
arvadlar dəli oldu e. İlhamsız yaşamaq çox çətindir
axı.
Elə
məmləkət
baş ağlaşmabaşıçısından
ötrü “Hanı İlham, biz İlhamsız neylərik” deyib nalə
çəkirdi
ki, birdən ağlaşmabaşı çıxdı ortaya və İlham onun barəsində
gəzən
söz-söhbətlərin
şayiə
olduğunu bildirdi. Parapsixoloq
Pitikzadə televiziyadan uzaqlaşması haqda xəbərlərə
aydınlıq gətirmək üçün deyib ki, o, xalqını çox sevir. Maraqlıdır, hər
şey aydın oldu da. Deyir olmasaydı, dünyada axmaqlar, ac qalardı yəqin
ki, yaltaqlar.
Röya
yenə
ön sırada...
Bilirsiz
bizdə
şouxana niyə bu qədər
aktual və populiyardır? İndi sizə
bir lətifə danışım. Deyir bir gün metroya bir
terrorçu girir və bütün sərnişinləri
güllələyir.
Qanlar içində çabalayan bir qadın o biri yaralı qadına yaxınlaşır və
deyir: “Hə, az bacı, dedin Məmməd
qızını kimə nişanlayıb?”. Bax ha, odur ki, bizdə
illərlə
canını elm uğrunda fəda edən
alimlər deyil, orta məktəbdən
qovulan Səidə Sultan tanınır və
sevilir. Amma insafən deyək
ki, şouxanamızın bir-iki intellektual xanımı da var. Bunlardan biri, bəlkə
də
birincisi müğənni Lalə Məmmədovadır.
Yaxınlarda bu xanım qadın müğənnilərin
duet ortağı olmasını pisləyib. Burda nə
var ki, adamın özəl fikiridir. Amma məsəl
var, deyir sözü at yerə, yyiyəsi
götürsün. İndi Lalə xanımın ortaya atdığı sözü elə
göydəcə
Röya tutub. Özünü şouledi kimi aparan Röya Lalədən
bərk
incidiyini desə də Lalə
buna əhəmiyyət
verməyib.
Axı şouxanamızda liderliyi Aygün Kazımovanını əlindən
alan Röya manıs həmkarı, özünü Kayl Minoqa oxşatmaqdan
yorulmayan Sevda
Yəhyayevayla
duet oxuyurdu.
İndi
oratada bir şey olmadığından Röya istəyir
ki, aranı qarışdırıb, estetik əməliyyatdan
əyilmiş
sifətini
telekanallarda bir az da reklam eləsin. Amma sağ olsun Lalə
xanımı ki, bizi
bu əzabdan
qurtarıb.
Bəyənmir bu da məni...
Hərdən bəzi həmkarlarıma möhkəm
acığım tutur. İndi başa düşmək olar e, kasıbçılıqdır, jurnalistin əməyinə
qiymət verən yoxdur. Amma bütün hallarda bu Nazpəridir,
nə bilim, qazxanımdır, bunları reklam etməyə dəyməz
vallah. Bu gün şouxanamızın bu qədər populiyar olmasında ən
çox günah daşıyanlardan biri də biz jurnalistlərik.
Axı belələrini niyə tanıdırsan ki, sabah
da adam olub ortaya çıxandan sonra səni bəyənmirlər. O gün hind filmilərində
baş rolu oynayan Şakaya bənzəyən Nazpəri Dostəliyeva
qalxıb deyir ki, "Əgər mənim sənətim olmasaydı, xalq məni
sevməsəydi, tanımasaydı, qəzetinizin
hansı guşəsində mənə yer verər və nə
yazardınız?!”.
Urrraaa!!! Rəqsanə oğlan tapıb!!
Hə, gözünüz aydın, şouxanamızın uzun
çənəli, sallaq döşlü, xarab yanaqlı Rəqsanəsi
özünə oğlan tapıb. Heç nə elə sonda bunu demək
istəyirdim. Siz sağ, mən salamat...
Sofya Sadıqlı
Комментариев нет:
Отправить комментарий