22.11.2011

Rafiq Tağının səhhəti ağır olaraq qalır


1saylı Bakı Klinik xəstəxanada Rafiq Tağının cərrahiyyə əməliyyatı 6 saat yarımdan sonra, saat 05.30-da başa çatıb. Əməliyyatı aparan cərrahlardan biri, Abbas Abbasov Kulis.az-a bildirib ki, Rafiq Tağının ölüm təhlükəsi olmasa da vəziyyəti kifayət qədər ağırdır. Çünki xəstə çoxlu qan itirib. Üstəlik əməliyyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var. Bu yaralar kifayət qədər ağır zədələr törədib. Onun 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar. 
Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən Abbasov, yazıçının daha bir neçə gün reanimasiyada qalacağını da əlavə edib. 
***
Noyabrın 20-də Rafiq Tağı narkozdan ayılıb. O, əl hərəkətləriylə həkim və jurnalistlərə hadisənin necə baş verdiyini anlatmağa çalışıb.Yazıçı əl işarələriylə bildirib ki, ona bir nəfər bıçaqla 6 zərbə vurub.

Комментариев нет:

Отправить комментарий