20.11.2011

Qənirə Paşayevanın kitabının izdihamlı təqdimetmə mərasimi oldu - FOTOSESSİYA


“Bir dostumun həyatı üzərindən bu sevgini yazdım”

“Əli and Nino” Kitab Evinin Park Bulvardakı mağazasında millət vəkili Qənirə Paşayevanın kitabının imza günü və təqdimatı keçirilib. 

“Onun sevgi məktubları” adlanan kitab “Elm və Təhsil” nəşriyyatı tərəfindən 3 min tirajla çap olunub.

Tədbiri giriş sözü ilə “Əli və Nino”nun rəhbəri Nigar Köçərli açaraq kitabsevərlərə təqdimat mərasiminə gəldiklərinə görə təşəkkürünü bildirib.

Müəllif Q.Paşayeva öz növbəsində imza gününə toplaşanların hər birinə ayrı-ayrılıqda təşəkkürünü bildirib: “Uzun danışmağa ehtiyac yoxdur. Mən də gələn hər kəsə təşəkkür edirəm. Çünki bu gün bu kitabın imzalanması həm də bir xeyriyyə aksiyası olacaq.

Bu kitabdan nə qədər qazanc əldə olunacaqsa, bu vəsait ailə başçısını itirmiş, 3 uşaqlı ananın mənzil probleminin həllinə yönələcək. Burda olmanız həm də xeyriyyə aksiyasına dəstəkdir. Bura gəlmənizi özümdən çox o qadına göstərilən diqqət kimi qiymətləndirirəm”. 

Millət vəkili kitab haqda geniş danışmaq istəməyib: “ Kitab haqqında uzun danışmayacağam. Özünüz oxuyacaqsınız. Hər yerdə savaş müharibə getdiyi çox ağır bir dünyada ən gözəl hiss sevgidir. Mən də bir dostumun həyatı üzərindən bu sevgini yazdım. İnanıram və ümidvaram ki, oxucuların xoşuna gələcək.”.

Daha sonra kitabın redaktoru, gənc yazar Günel Mövlud çıxış edib: “Millət vəkilinin sevgi haqqında kitab yazmağı çox cəsarətli addımdır. Buna görə Qənirə xanımı təbrik edirəm. Arzu edirəm ki, digər rəsmi şəxslər millət vəkilimiz kimi ədəbiyyata yaxın olsunlar. Ümidvarıq ki, bu belə olacaq. Bu kitabı redaktə etdiyim müddətdə sevgi haqqında çox şey öyrəndiyimə görə də Qənirə xanıma təşəkkür edirəm. Ümidvaram ki, xoşunuza gələcək”. 

Daha sonra müəllif onlarla oxucu üçün kitabını imzalayıb. Təqdimetmə mərasimi izdihamlı keçməsi ilə yadda qalıb.

kulis.az

Комментариев нет:

Отправить комментарий