13 iyul 1989- cu ilde Salyan rayonunda doğulub. 2006 – ci ildə orta mektebi bitirib, 2007 -ci ildə Azərbaycan Universitetinə daxil olmuşam. 2011 – ci ildə Universiteti bitirib. İxtisasca ingilis dili mütəxəssisidir.
Sən itirilmiş gəncliyimin qırıntıları….
Sən vaxtsız qocalmış ürəyimin
incə sızıltıları….
Ömür boyu axtardığım, fəqət, tapdığımda
istəyə bilmədiyim..
Əzablarım, ağrılarım, sel-su olmuş göz yaşlarım..
Ruhumun hər zərrəsiylə aşiq olub, fəqət,
deyə bilmədiyim..
Yalanlarım, doğrularım..
Hər xəyanət qarşısında, tək əlacım, sözsüz qalan
tək ahımsan..
Sən qəlbimin fırtınası, səssiz qopan fəryadımsan..
Harda olsam, nə etsəm də, hisslərimdə,
ürəyimin vuruşunda, gözlərimdə, əllərimdə…
sən cismimdə, nəfəsimdə,hər yerdəsən….
Hər yerdə SƏN!!!
Комментариев нет:
Отправить комментарий