18.11.2011

Bir pilləkan gətir



Bir pilləkan gətir, qoy pilləkan gedim
Mən güllələnmədim, mən gülləni yedim.

Qoy mən çıxım göyə, qoy göydə yellənim
Yerdə ölənmədim, qoy göydə öllənim.

Arxamda  düşmənim xalqım durub sanır
Arxamda millətim, arxam qılınclanır.

Bir pilləkan gətir, bir pillə yüksəlim
Yerdən uzaqlaşım, qoy göydə yük salım.

İrfanlı dünyada boş-boş həyatladıq
Biz göy bilənmədik, biz yerdə otladıq.

Azadlığın yolu, nazlım, təpikdədir.
Ağlın da təfsiri, divanəlikdədir.

Sevgiylə nifrətin tam ortasındayam
Dün sevdiyim qızın indi yasındayam.

Tənha yataqların, yorqunluğundayam
Təqvimli günlərin soyqunluğundayam.

Zəhləm gedir səni yerdən soraqlayım,
Sən olmayan yeri neynir ayaqlarım?

Bir pilləkan gətir, qoy pilləkanlanım
Hər il məni payəz, kabus kimi görür.
Mən yatdığım yerin, altında hər gecə
Tənha qarışqalar, yas məclisi sürür.

Yaxşı deyil halım, nəysə qaranlığam
Fikrimdə var gedəm, burdan uzaqlara
Zəhləm gedir hər il, təkrarlanır fəsil
Dastan sona çatır, mənsə yataqlara...

Məğrur uşaq kimi, sanki uduzmuşam
Sırtıqlığım ama, qoymur haraylayım
Təqvim də mən kimi, artıq sona çatır
Lay-lay deyin mənə, eksikdi lay-layım...

Комментариев нет:

Отправить комментарий