18.11.2011

Döz ay gəlin, döz!


Jalə Sadıqova

Ərin narkomandır?
Boşanma amandır
Namusunu-ismətini
Satır var-yoxunu,
bir damara?
Göz yum bu harama!
Döz ay gəlin,döz!
Ana neyləsin?
İstəməz oğul belə olsun..
Lomkadadır hələ də?!
Yat ay bala,yat!
Yuxularda nəşə sat..!
Anan demiş;Döz ay bala döz!
Cavanlığın puç...
Sus danışma heç...
Kim anlayacaq səni?
Geriyə boylanma heç...
Ata evinə yol yoxdur...

Döz ay Gəlin,Döz!
Rəfiqəsi zəng edir:
-Hardasan ağez?
Kiflənmisən evdə!
Ərimlə elə indicə,
Kinodan gəlmişəm.
Qapa qulaqlarını...!
Kar bala,kar!
Namus deyib boşanma!
Qoy uduzsun səni qumarda!
"MAL bele olar!"deyib,
Bardan-bara atılanda
Əldən-ələ satılanda...
Döz ay gəlin,döz!
Heç bilmədi bu bədbəxt,
Təzə nədir-tər nədir?
Yanındakı"ər"nədir?!
Bir üzü qiz,bir üzü gəlin!
Bilmədi fəxr nədir...!
Döz ay bəxti nakam,döz!
Arzularını boğ..!
Ama ehtiyatli ol!
Buraxma bir iz...
Tutuarlar səni...
Adın qalar "CANİ"
Döz ay qatil,döz!
Dözə bilmirsən daha?!
İki şansın var daha...
Ya davam et bu zülmə...
Ya özünü qəst elə...
Hansın seçirsən bala...?!

Комментариев нет:

Отправить комментарий