Professional Oxucu Liqası
Hər adam gündə ət,
kürü, konyak almır ki
Mənə elə gəlir ki, adamın ümidinin ölməsindən
də ağırı xəyalında yaratdığı illüziyanın ölməsidi. Son vaxtlar görülən pozitiv
işlər adamda elə bir illüziya yaradır ki, nəhayət irəliləyişin işartıları
görünməkdədir. Amma birdən durub dövlət rəsmilərindən biri elə bir söz deyir və
mətbuat da bunu elə yayır ki, adam içərisində yarananın məhz illüziya olduğunu
düşünür. Bax, desələr ki, ətin qiyməti qalxıb, kürünün, kofenin, konyakın qiyməti
qalxıb, adam bununla özü qarşılaşmasa inanmaya da bilər.
Yəni hər adam gündə ət, kürü, konyak almır ki. Daha doğrusu ala bilmir. Amma ala bilsə də, bilməsə də çörək yeməyə məcburdur. Buna görə broc-xərclə də olsa hər gün çörək alır. Və son günlərdə çörəyin çəkisinin azaldığını, qiymətinin artığını gözü ilə görür, canı ilə duyur. Elə radio-televiziyalarda, mətbuatda da hər gün bir neçə rayondan unun və çörəyin qiymətinin artması haqda xəbərlər verilir. Yəni, bu təkzibedilməməli faktdır. Amma apolar elə təkzib eləyirlər ki, adamın tüstüsü təpəsindən çıxır. Buyurun: Azərbaycanda taxılın bahalaşması unun və çörəyin qiymətinin qaldırılmasına əsas vermir. Antiinhisar Siyasəti və Dövlət Xidmətinin işçisi deyir ki, bizim qurumun bazarlarda apardığı monitorinqlər nəticəsində nə unun, nə də çörəyin qiymətinin artması müşahidə edilməyib. Onun sözlərinə görə, buğdanın qiymətində baş verən artımlarla bağlı təhlillər aparılıb: "Hazırda buğdanın qiymətinin çörəyin və unun qiymətinə təsirinin əsası yoxdur". Hörmətli apo, sizi and verirəm Öcalanın canına, dil saxlayın, vallah, billah, tallah, sizə inanmaq istəyirik, amma gözümüz görən, canımız duyan başqa söz deyir axı. Siz o monitorinqi harada aprırsınız, Marsda? Necə yəni taxılın qiymətinin artması çörəyin və unun qiymətinə təsir göstərməməlidir? Apo müəllim, cənab, yoldaş, çörəyin də, unun da qiyməti qalxıb ey, qalxıb. Çəkisi də azalıb, vallah, azalıb.
Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti sabit qalsa da, bəzi bölgələrdə, xüsusilə Lənkəranda çəkinin azaldılması halları müşahidə olunub. Unun qiyməti isə demək olar ki, Azərbaycanın hər yerində qalxıb. Təkcə avqustda unun qiyməti 30 faizə qədər bahalaşdı. Belə ki, iyulda 50 kiloqramlıq un kisəsi 14-15 manata satılırdısa, sonra qimyət 20 manata çatdı. İndi lap bahadır və masonların məkrli əli ilə artım davam edir. Aclıq ilə xalqı sınağa çəkirlər.
Yaxşı, əgər çörək sexləri yalan danışırlarsa, niyə onları məhkəməyə vermirsiniz? Lap istəsəniz elə məni də sualıma görə məhkəməyə verə bilərsiniz. İndi mən neynəyim ki, sizin Xidmət tərəfindən aparılan təhlillər nəticəsində "dünya bazarında buğdanın qiymətində baş verən artımının ölkədə çörəyin qiymətinin artmasına təsiri yoxdur" qərarına gəlmisiniz. Axı sizin qərara gəlməyiniz hələ bizim cibimizi iflasdan qorumaq deyil. Üzr istəyirəm, bu cümləniz isə az qala söyüş təsiri bağışlayır: "Dövlət Xidməti buğdanın qiymətinə daim nəzarət edir və gələcəkdə ola biləcək artımlar unun və çörəyin qiymətinə təsir edərsə, müvafiq orqanlar tərəfindən çörəyin qiymətinin artmasının qarşısını almaq üçün tədbirlər görüləcək".

Комментариев нет:
Отправить комментарий