Hadisə yerində olan
İsrail hərbçiləri isə məsələyə müdaxilə etmir
Fələstinin qərb
sahili bölgəsində yerli sakinlərlə İsrail sakinləri arasında növbəti
toqquşmalar baş verib. İsrailin insan haqları qrupunun yayımladığı videoçəkilişdə
bu bölgədə yaşayan fələstinli sakinlərin israilli sakinlərə daşlarla hücum etməsi
kadrları nümayiş olunub. Əl-Qibliyə kəndi yaxınlığında baş verən qarşıdurma
zamanı İsrail sakinləri fələstinlilərə silahla cavab verib. Nəticədə, kadrlarda
bir nəfərin yaralandığı görünür. Fələstinli şahidlərin sözlərinə görə, münaqişə
zamanı İsrail əsgərlərinin məsələyə müdaxilə etməməsi onların qərəzli mövqeyindən
xəbər verir.
Qeyd edək ki, Fələstin
rəhbərliyi İsrail hökumətindən hadisəyə görə cavabdeh olanların məsuliyyətə cəlb
olunmasını tələb edib. İsrail hərbi nazirliyi isə çəkilişlərin baş verən hadisələri
tam əhatə etmədiyini qeyd edib.
Комментариев нет:
Отправить комментарий