22.05.2012

Erməni zabiti öldürən idmançımıza ağır cəza verildi

Canpolad Budaqov 13 il müddətinə azadlıqdan məhrum edilib

Erməni zabiti qətlə yetirən azərbaycanlı dünya və Avropa çempionuna ağır cəza verildi. Rusiyanın Samara vilayətində polis sahə müvəkkili Samvel Mehrabovu öldürməkdə təqsirli bilinərək Moskvada həbs olunan azərbaycanlı dünya çempionu Canpolad Budaqova dünən hökm oxunub.
Bu barədə idmançının qardaşı Elnam Budaqov məlumat verib. Kirov adına Samara şəhər məhkəməsinin hökmü ilə C.Budaqov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə mənəvi cəzaya görə 25 min dollar məbləğində təzminat kəsib.

Hadisə Samvel Mehrabov kafedə atasının 50 illik yubileyini keçirdiyi vaxt baş verib. Kafedə olan iki qrup arasında dava düşüb. Mehrabov polis işçisi kimi araya girdiyi vaxt onun sinəsinə bıçaq zərbəsi endirilib. Həkimlər polis əməkdaşının həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, 40 yaşlı Canpolad Budaqov dünya və Avropa çempionu, eləcə də Dünya Kubokunun qalibi olub.

Комментариев нет:

Отправить комментарий