Finca ən yüksək faizlə pul
verən və heç bir mənəvi hüdud tanımayan sələm təşkilatıdır"Yeni xəbər"in poçtundan!
Yazıb sizə bildirirəm ki, 29 aprel tarixində
yaşadığımız Cəlilabad rayonunun Ocaqlı kəndində müdhiş hadisə baş verdi və
ailəm ağır itkilərlə üzləşdi. Port-İliç qəsəbəsindən olan Əskərov İsmayıl Elnur
oğlu adlı birisi kəndimizin ərazisinə soxularaq ailə üzlərimizə bıçaq
xəsarətləri yetirdi. Nəticədə atam Həsənov Xurşud və qardaşım Həsənov Afət
vəfat etdi, mən və qardaşım Yasər isə çoxsaylı xəsarətlər aldıq.
Əskərov İsmayıl dəfələrlə karate üzrə müxtəlif yarışlarda yerlər tutub və əsəb pozğunluğu keçirib. Bu hadisənin obyektiv araşdırılması üçün dövlət orqanlarına məktublar ünvanlamışam. Məsələnin ədalətli araşdırılması üçün sizin də köməklik etməyinizi rica edirəm.
Əskərov İsmayıl dəfələrlə karate üzrə müxtəlif yarışlarda yerlər tutub və əsəb pozğunluğu keçirib. Bu hadisənin obyektiv araşdırılması üçün dövlət orqanlarına məktublar ünvanlamışam. Məsələnin ədalətli araşdırılması üçün sizin də köməklik etməyinizi rica edirəm.
Bu ağır hadisədən sonra ailəmizə ikinci
zərbəni Finca qeyri-bank kredit təşkilatı vurmuşdur. Faciəli şəkildə öldürülən
qardaşım Həsənov Afət Finca-nın Cəlilabad fililalından 1000 manat kredit pul
götürmüşdü. Onun 8 ayını hər ay 107 manat olmaqla ödəmiş, 4 ayı, yəni təxminən 400 manat məbləğində borcu qalmışdı.
İndi bankın işçiləri üstümüzə düşüblər ki, həmin pulu ödəməlisiniz. Əsas
gətirirlər ki, biz müştərilərlə sığorta müqaviləsi bağlamırıq. Qardaşım rəhmətə
gedib, o pula mən zamin durmuşam, mənimsə əlimə 40 yerdən tikiş atılıb,
əməliyyat olunmuşam, şikəst vəziyyətə düşmüşəm. O biri qardaşım Yasər 2-ci qrup əlil idi, ona da bu hadisədə baş
nahiyəsinə və qoluna bıçaq zərbələri dəyib. Xəstəxanalara və iynə-dərmanlara
külli-miqdarda pulumuz çıxıb. İndi də bunlar üstümüzə düşüblər ki, pulu
ödəməlisiniz. Belə inafsızlıq olmaz! Elman Rüstəmov hara baxır, respublikada sələm soyğunçuluğu baş alıb gedir və günü-gündən dəhşətli
şəkil alır. Bunlar ölən adamdan da pul tələb edirlər. Guya bizə hörmətləri o
olacaq ki, faiz pulunu çıxacaqlar, qalan pulu, 330 manatı isə ödəməliyik. Mən
məcbur qalıb 107 manat bu ayın aylığını onlara ödədim, qalan ayları isə ödəməyə inkanım
yoxdur.
Respublikada Finca sələm təşkilatından
kütləvi şəkildə narazılıq var, amma nədənsə heç bir dövlət orqanı reaksiya
vermir. O pulu qardaşım Afət qrup halında götürmüşdü, Finca-nın işçiləri
bildirirlər ki, əgər pulu verməsəniz, həmin pulu qrupun başqa işçiləri arasında
bölüb onlardan alacağıq. Yəni narazılıq yaratmaq istəyirlər ki, qrup üzvləri
olan həmkəndlilərimizi bizim üstümüzə salsınlar. Xahiş edirəm ki, bu
özbaşınalığı respublika ictimaiyyətinin və dövlət orqanlarının diqqətinə
çatdırın. Nəzərinizə çatdırıram ki, Finca ən yüksək faizlə pul verən və heç bir
mənəvi hüdud tanımayan kredit təşkilatıdır. Bu sələmçi təşkilatla hüquq
mühafizə orqanlarımızın yaxından maraqlanması və vətəndaşlarımızın əzilməsinə
son qoyulması lazımdır.
Nəyə görə sələm təşkilatlarına bu formada
vətəndaşlarımızın qanını içməyə imkan verilib? Çoxusu heç bank da deyildir, QHT
kimi fəaliyyət göstərib qanımızı içir. Uzun illərdir ki, Finca kimi onlarla
bank xalqımızı sələm məngənəsində boğur, açıq-aşkar genosid edir. Nəyə görə dövlətimiz
insanlarımızı bu cür qaniçən mexanizmlərdən qorumur? Əgər bir təşkilat
ölənimizə, itənimizə də rəhm etmirsə, bu cür təşkilatları respublika ərasinə
niyə buraxırsınız? Elman Rüstəmovdan bunları soruşun. Nəyə görə bu qədər yüksək
bank sələmi MDB ölkələrində yalnız bizdədir? Keçmiş Sovet respublikalarının heç
birində bu cür özbaşınalıq yoxdur. Elə bir ev yoxdur ki, banklara sələm borcu
olmasın, sıxma-boğmaya salınmasın. Xahiş edirəm Finca təşkilatının oyunlarına
son qoyun.
Həsənov Azər, Cəlilabad rayonu Ocaqlı kəndi
Комментариев нет:
Отправить комментарий