17.05.2012

İbtidai sinif üçün fal dərsləri

4-cü sinif Azərbaycan dili iş dəftəri, səh. 152-153 - tamamilə ulduz fallarının təbliğinə həsr edilib və uşaqlarımızın beynini zədələməkdən başqa bir məqsədini anlayan varsa, lütfən mənə də başa salsın.

3) Çin horoskopundan istifadə edərək ailə üzvünün və sinif  yoldaşının xüsusiyyətlərini yaz.
 
4) Cədvələ əsasən hansı bürclər arasında oxşar xüsusiyyətlər olduğunu müəyyənləşdir.
 5) Çin horoskopuna əsasən doğum tarixinə uyğun ilini və bürcünü tap, xüsusiyyətlərini yaz. Bu xüsusiyyətlərdən hansı səndə var?

6) 1991-ci il 5 yanvarda doğulan insan haqqında verilənlərdən biri yanlışdır - qoyun ilində doğulub, oğlaq bürcündəndir, ciddidir və məqsədinə çatmaq üçün mübarizə aparır.
7) Çin horoskopunda illər 12 ildən bir təkrarlanır. Buna əsasən 2001-ci il sentyabrın 15-də doğulan uşağın hansı ildən və bürcdən olduğunu və xüsusiyyətlərini yaz.
8) Hansı ildən və bürcdən olan insanı özünə ən yaxın dost seçərdin? Səbəbini aydınlaşdır.

Комментариев нет:

Отправить комментарий