01.05.2012

Mahaçqaladan gələn var

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),Игра престолов,роберт баратеон,серсея ланистер,дейенерис таргариен
Ancaq bizdə oxuyun!

Sofya Sadıqlı yenə Azərbaycan şor-biznesindən yazdı!

Özünün olmayan gözəlliyinə məftun olan manıs Xatirə bu günlərdə kasıbladığını deyib: “Əvvəllər ağına-qarasına baxmırdım. Nə xoşuma gəlirdisə, alıb geyinirdim. Bir vaxt fikirləşdim ki, büdcəyə qənaət etmək lazımdır. Çünki qazanc həmişə əla olmur. Zaman keçdikcə görürsən ki, toylar azalır, şou-biznesdə işlər bəzən axsayır. Bu da büdcəyə təsirsiz ötüşmür”.

Sən demə, Xatırə bir geyiminə 2000, hətta 3000 pul xərcləyirimiş. Əslində bu manısın əynində-başında normal bir geyim də olmur. Ancaq indi neyləsin e, özünü Beyonsa, Rihannaya oxşatmaq üçün deyir ki, 3000 minlik paltar geyinir. Xatirəni bilmirəm, şəxsən mən paltarlarımı Əcəmi metrosunun yaxınlığında yerləşən Pakistan mağazasından alıram. Özü də əla çit və pambıq paltarlar olur, 3 manata, bahası 10 manata əla kofta və ya yubka almaq mümkündür.
Amma Xatirə bu açıqlamasında məqsədi təkcə pullu olduğunu və üç minlik paltar geyindiyini reklam etmək deyil. Manıs qız eyni zamanda ağıllandığını gözə soxmağa çalışır və deyir: “Bir də yaş öz sözünü deyir. Geyimin də bir çılğın dövrü olur. Sonra baxırsan ki, filan vaxt geyindiyin paltar bu günə uyğun deyil. Yaş ötdükcə geyimi də buna uyğunlaşdırmaq lazımdır. Hər dövrün öz tələbi, istəyi olub. Əsas odur ki, mən heç vaxt geyimimə görə utanmamışam. Açıq geyinmişəm, amma əndazəsində. Ona görə də geyim mövzusunda problemim olmayıb”.

Mahaçqaladan gələn var

“Gənc müğənni Günay İbrahimli Mahaçqaladan qayıdıb”. SOS, SOS, SOS. Dəhşətli xəbərdir. Noluba alə, Mahaçqaladan gəlib, elə hay salıb ki, guya Hollivuddan gəlib.
Hələ bu harasıdır, Günay deyib ki, Dağıstanlı tamaşaçılar hərarətli idi. Maraqlıdır, görəsən, Günay dağıstanlıların hərarətini nəylə ölçüb? Ola bilsin, tamaşaçıların hamısı düşüb ortalığa “Ləzginka” oynayıblar. İndi bizdə olsaydı yəqin hamı “Oyna, ay əmim qızı!” mahnısına süzərdi. Amma Günay deyir ki, konsert əla keçib: “Dağıstanda tamaşaçıların hərarətli olduqlarını bilirdim. Amma bu dərəcədə təsəvvür etmirdim”.

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),песочницаZamiqin də sözü bitdi

Yataqxanada qaldığı günləri unudub özünü hazırda kompleksli oğlan kimi qələmə verən manıs Zamiq bu günlərdə rəqs edib. Təsəvvür edirsiz? O boyda manıs rəqs edib. Bu Zamiqdir e, sizin üçün Çokraborti zad deyil ki, hər dəqiqə düşüb ortalığa oynasın. Xülasə, Zamiq rəqs edib və səviyyəsiz xəbər saytlarından biri onun rəqs edərkən şəkillərini çəkib, paylaşıb. Özü də görün, necə yayıblar bu xəbəri: “Kompleksli insan kimi tanınan sənətçi rəqs meydançasında hər şeyi unutmağa müvəffəq oldu”. Aman, aman, qarnımdan ağrı tudu. Belə saytlara baxıb, belə xəbər oxuyanda adamın qarını ağrıyır.
“Təşkil olunan məclislərin birində keçmiş mətbuat katibi Ləman Tağıyeva ilə eyni masa arxasında əyləşən Zamiqin gecəboyu sərbəstliyi diqqətimizdən yayına bilməzdi. Keçmiş işçisi ilə birlikdə rəqs meydançasında dəfələrlə birlikdə oynayan müğənni, çalınan lirik mahnıların birində özünü həm də müəllim kimi aparmağa başladı.
Rəqsi mükəmməl bildiyi onun hərəkətlərindən də açıq şəkildə görünürdü. Cütlüyün bu dərəcədə sərbəstliyi əksər tanınmış qonaqların da marağına səbəb olmuşdu. Tağıyeva ilə Hüseynov isə onlara tuşlanan baxışlara məhəl qoymadılar. Uca səslə rəqs öyrədən müəllim ampluasında çıxış edən Zamiq: “bir... iki...” - sözlərini deyərək, rəqs ortağını daha sərbəst olmağa sövq etdi. Çəkdiyimiz fotolarda həmin anları maksimum şəkildə görüntüləməyə çalışmışıq”. Belə xəbəri yazan görəsən hərdənbir utanıb xəcalət çəkirmi? Bu gündə bir sifət dəyişən üzdəniraqları Aygün Kazımova ad günündə qapı arxasında qoyur, qara otağa yığır yenə də xeyri olmur. Sabahı günü çıxıb sərilirlər Aygünün ayağının altına. Çox biabırçılıqdır vallah.
 
Zema da su içirmiş!!!

Lider TV-dəki “Qızıl pillə” adlı abırdan və həyadan məhrum verilişin aparıcısı Zemfira Adıgözəlova səviyyəsiz xəbər saytlarından birinə poza verib. Deməli, saytın əməkdaşları qəfil bir məclisdə Zema ilə rastlaşıblar və gördüklərindən dəhşətə gəliblər. Sən demə, Zema hətta su da içirmiş hə, hə, öz gözləri ilə görüblər bunu. O dəqiqə də fotoaparatı götürüb Zemanın verdiyi abırlı pozaları kameraya köçürüblər. Bilirsiz, Zema verilişdə o qədər örtülü geyinir, o qədər abırlı aparır ki özünü belə bir insanın hətta bir qurtum su içdiyinə də hamı qeyri-adi baxır. Zema şərab içirmiş və elə buna görə şəraba münasibətini bildirib:  “Demirəm ki, sərxoşluq həddinə qədər içkiyə meylliyəm, amma dostlarla yığışanda əhval-ruhiyyəmi qaldırmaqdan ötrü yalnız qırmızı şərabdan dadıram. Gözəl qadın da şərab kimidir, dadaraq bihuş olmamaq mümkün deyil. Odur ki, məşhur bir mahnının sözlərində deyildi kimi, “Süzün badələrə!”. Görəsən, Zema gözəl qadın deyəndə özünü də bu siyahıya dürtüşüdürüb?

Nazənin təmirə 80 min pul verib, ay can, ay can!!

Manıs Nazənin üzünü-gözünü dartdırıb, tikdirib qayırtırandan sonra evini reklam etməyə başlayıb. İndi evin üzə, üzün evə nə dərəcədə dəxli olduğunu dəqiq bilmirəm, amma dəqiq bildiyim odur ki, Nazənin deyib ki evinin təmirinə 80 min manta pul verib. Varlığa nə darlıq.
Manıs xanım yenicə köçdüyü növbəti evi şəhərin mərkəzində yerləşən yeni binanın sonuncu mərtəbələrinin birində yerləşir. Nazənin deyib ki,
песочница,гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),удивлениеtəmirsiz və boş divarlara, yəni evə 200 min manat pul verib. Nazənin evdə olan mebellərə də çoxlu pul xərcləyib. Təkcə qonaq otağının mebelinə 35 min manat ödəyib. Üstünə ayaq basdığı müasir xalçalara və heyvan tükündən hazırlanan ayaqaltılara isə təxminən 8 min manat pul ayırıb. Qonaq otağında masanın üstündəki süfrəni 400 manata alıb. 

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий