18.05.2012

“Məni zibilə salma!”

Cavid Zeynallı “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Ortabab yazar.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Yazıçı dostumuz.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Cavab verə bilmirəm.

- Dost…
- Kürək söykədiyim…
-
- İlk sevginiz?
- Evliyəm, məni zibilə salma!))


- Əsas ixtisasınız?
- Kitabxanaçı…

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Ayaqlarım.

- Sevdiyiniz maşın markası?
- “07”im var idi satdım, indi xiffətini çəkirəm…

- Sevdiyiniz brend?
- Oxuzali.az

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
- Qırmızı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə, İstanbul.

- Sevdiyiniz yemək?
- Plov.

- Ən çox istifadə etdiyiniz söz?
- Yaxşı olacaq.

- Leksikologiyanıza yad olan söz?
- Sən kimsən ki!

- Sizi nə həyacanlandıra bilər?
- Körpələr.

- Ən çox sevdiyiniz kitab?
- “Günəşi gözləyənlər”. Çünki özüm yazmışam.

- Ən çox sevdiyiniz yazar?
- Knut Hamsun.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Əflatun Qubadov.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Özümdə ümumiyyətlə istedad hiss etmirəm. Tezbazar çimməyi bura aid etmək olarsa, yekə duşu və təzyiqli suyu olan hamamda 50 saniyəyə çimə bilərəm.

- Mənfi xüsusiyyətiniz?
- Sadəlövhəm.

- İdeal insan necə olmalıdır?
- Bilmirəm.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Allah haqqı, belə suallara cavab verə bilmirəm.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Arvad deyingənliyi.

- Həyat fəlsəfənizi ifadə edin.
- Vicdanımı saxlamağa vəsaitim olsun, hər şey yaxşı olacaq!

- Siz xoşbəxtsinizmi?
- AzTV-yə baxanda özümü xoşbəxt hiss edirəm.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Korafəhmlik.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Bu sualı başa düşmək üçün, zehnim inkişafdan qalıb!

- Ölüm niyə ölmür?
- Xudavəndi-aləmin yarımçıq işləri qalıb, ona görə!

- Dinlərə münasibətiniz?
- Sayğım var!

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Cahillikdən.

- Falçıya inanırsızmı?
- Beş yaşım olanda bir falçı anama demişdi ki, oğlun yazı-pozu adamı olacaq. Həmin arvaddan başqa heç bir falçıya inanmıram.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daşlaşmaq.

- Sevinciniz nə qədərdir?
- Az olur, amma bəs edir.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Səmimiyyətinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Hərdən olur!

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çayda üzmək lap ürəyimcədi!

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Yumor qabiliyyətim sıfıra bərabərdir.

- Mənə sualınız.
- Siqaretin var?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий