18.05.2012

Tofik Məlikli ilə görüş


Moskvada Mərkəzi Ədəbiyyatçılar evində Türkü Türkə tanıdan məşhur türkoloq Tofik MƏLİKLİ ilə görüş keçirilmişdir.
Görüşdə Ocaq cəmiyyətinin, Şəhriyar Ədəbi Mədəni çəmiyyətinin üzvləri, Moris Torez adına Moskva Dövlət Dilçilik universitetinin Azərbaycan mərkəzinin tələbələri və müəllimləri, eləcə də bir çox azərbaycanlı ziyalılar iştirak edirdilər.
Görüşü İqtisad elmləri namizədi, dosent, Beynəlxalq Yazıçılar və Publisistlər
Assosiasiyasının üzvü Azər SƏFƏROV açdı.

Gözəl alim, şair və tərcüməçi Tofik bəy Türk və Azərbaycan ədəbiyyatının tarixi köklərindən, Türk dünyası yazarlarından danışdı.
O, Türk xalqının tarixi zənginliyini aşkarlayan bir çox maraqlı faktlardan söz açdı.
Gözəl təəssüratlar yaradan görüşün sonunda Tofik Məlikli iştirakçılarının çoxsaylı suallarına dolğun və qaneedici cavablar verdi."







Комментариев нет:

Отправить комментарий