18.05.2012

Yol qeydlərim

Vasif Əlihüseyn

Rusiyada məncə çoxumuz dostumuz və ya qohumlarımız var.  Xeyli vaxt idi ki, dostların Rusiya təklifini bu yaxınlar da həyata keçirə bildim. Biletimi iki başa aldım may ayının 15-i gedib, 17-i qayıtmaq şərti ilə. Nəysə, ayın 15-i dostlardan biri məni “Heydər Əliyev adına Beynəlxalq hava limanına” çatdırdı. İki saat yarımlıq uçuş ərzində vaxtımdan səmərəli istifadə edə bildim. Doğrusu vertaliyotda çox gözəl xitmət etdilər bizə. Fürsətdən istifadə edib “Bəxt üzüyü” filmini bir daha izlədim. Həm güldüm, həm də kədərləndim filimdə ki, franqmentlərdən.

Çox rahatlıqla Moskva şəhərinin “Domodedovo” hava limanına endik və Oradan birbaşa “Baykal” otelə getdim. Çünki, başqa işlərim də vard ki, onları tez bir zaman da həll etməliydim. İşlərimi həll edib gecəni “Baykal” oteldə gecələdim. Səhərisi gün “Kiyevski” voğzala gəlib dostların məni gözlədiyi və hətta mənim dörd ilə yaxın yaşadığım Kaluqa vilayətinin Balabanovo şəhərinə gəldim. Dostlar məni qarşıladı və oradan birbaşa restorana getdik. Çox qəşəng yeyib içdik.
Bir neçə ay bundan öncə işıq üzü görmüş “Ayrılığı rəngi” adlı ilk kitabımı onlara hədiyyə etdim. Şəhəri piyada gəzməyə başladıq və təbiətin qoynunda şəkillər çəkdirdik. Onu da qeyd edim ki, Rusiya Federasiyasının meşəliklərinə həmişə heyran olmuşam. Çünki, çox zəngin və sıx meşələri var. Burada havanın təmizliyini təsəvvür edin. Üç gün elə keçdi ki, bir göz qırpımında hələ də vaxt məhduduiyyətindən görüşə bilmədiyim çox dostlar oldu. Amma ümüdvaram ki, onlarla da görüşmək qismətimiz olar. Mayın 17-i elə getdiyim reyslə də geri qayıtdım. Amma yenə də adamın öz eli-obası başqa şeydi. Hamıya gözəl səfərlər arzu edirəm.

Bakı-Moskva                                       vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий