11.11.2012

QIĞ

ALİQ NAĞIOĞLU

O, bu gün mərkəzi ofisdən qayıtmışdı. Ye­mək­xa­­nada aya­qüstü mənimlə görüşdü və eşitdirdi ki, iş­dən sonra bir yerdə oturmağımız məsləhətdir. Ona qədər isə bayırın sə­li­qə-sa­hmanı ilə məşğul olan, iki­mi­zin də həmkəndlimizin ba­şı­na gətirilən konflikti qı­raq­dan seyr edərək müdaxilə et­mə­miş, təsadüfən ota­ğa daxil olsa da, dərhal siqaret çəkmək bə­ha­n­əsi ilə uzaq­laşmışdı. Düzü, bura işə durandan, ona hə­mişə daxili ehtiyac duyurdum. Bir ili bizimlə çalışdı, sonra şə­hərdəki fabrikə göndərildi. Mənim çətinliyim is­te­­­h­­sa­lat işləri, onun özə­llikləri ilə qətiyyən bağlı de­yil­di, sa­də­lö­v­hlükdən uzaq olsa da, xatırladım ki, mən is­te­hsalatda özünü çoxdan təsdiq et­miş işçiyəm, burda da birinci ili birdən-birə sex rəisliyinə tə­yinatım təs­a­dü­fən olmamışdı.
Çox mürəkkəb texnki əməliy­ya­t­­la­rın baş verdiyi məşhur şir­kə­t­də mürəkkəb in­san­­lar da az de­yildi. Onunla otur-dur et­­mə­yim əsasən yeni adam­­ları öy­rən­­mək, içəridə gedən in­sa­ni pro­sesləri iz­lə­­mək, lazım gə­lən­də düzgün qərar vermək nö­q­teyi-nə­zə­rin­dən vacib idi. İnsti­tu­tun ikinci kursundan qo­vulan, amma iti fəhmi, tez götürmə qa­­­bi­­liyyəti nə­ti­cə­si­n­də sonralar hərbi sistemdə aparıcı sa­hə­lə­rə ba­şçılıq edən adam kimi ondan öyrənməli şeylər hələ çox idi.
Nə başınızı ağrıdım, iş vaxtı başa çatanda qe­ydiy­yat ki­tabına imza edib, əsas giriş-çıxış qapısında onu gözləməli oldum. “Oka” markalı avtomobil ya­nım­da dayananda diqqət etdim, o, arxada oturmuşdu və barmağının işarəsiylə məni içəri çağırdı ki, əy­lə­şim. “Səfər bizi ora qədər aparacaq, son­ra­sı Allah kə­rim­dir” – oturanda izahat verdi, yəni ikimiz ola­ca­ğıq, narahatçılığa əsas yoxdur.
Biz tut ağaclarının altında, çayın lap qırağında gözdən-qulaqdan uzaq bir yer seçdik. Dərhal xidmətçi oğlan bizə yan aldı və o, adətinə bələdçiliyim ol­du­ğun­dan mənim fi­k­ri­mi soruşmadan sifariş verməyə baş­ladı:
– Ciyər qovurmanı yaradırsan, həmişəki qay­da­da, sonra dörd kabab-iki tikə, iki lülə qoyarsan, amma tələsmə, biz deyəndə. İçməyə yaxşı arağından iki dənə, su, göy-gö­yə­rti öz yerində, duzlu zakuska lazım deyil.
Sonra siqaret çıxarıb yandırdı. Dərindən qullab vurub, fikrə getdi. Mən nəsə gözləyirmiş kimi diqqət kəsilmişdim. Ha­ndan- hana:
– Necə oldu telefon məsələsi, nəylə bitdi?..– bayaq içə­ri­də araşdırılan oğurluq məsələsinə qa­yı­dır­dı.
– Çolağı qovdular getdi, icraçı direktor özü gə­lib çıx­dı... Amma...
– Nə amma?
– Dəymiş ziyan ödənildi, fabrik tərəfindən... İkinci işçi, ha­­nsını ki, köməkçi müdafiə edirdi, bo­y­nu­na almadı oğur­lu­ğu...
– Bəs onda niyə ziyanı fabrik ödədi? Ancaq ona görə ki, itki burda baş verib? İkinci işçi hardandır?
– Köməkçinin yerlisidir. And-aman etdi ki, xəbəri yoxdur. Köməkçi çolağın təzə bahalı telefon almaq faktına ina­n­ma­dı. “Sən aldığın maaşı beş ay xər­c­lə­mə­dən yığsan, belə bir şey ala bilməzsən”– hə­qa­rət­lə üstünə bağırdı. İcraçı di­rek­tor da köməkçini mü­dafiə elədi, çolağın dediyi məbləğ ve­rildi və o, qapıdan bayıra atıldı.
– Maraqlıdır. Bəs sənin ağlın nə kəsir bu ha­di­sə­dən? Ka­drlarla işləməli olacaqsan, oxşar işlər də bəs qədər ola­caq.
– Qaranlıq məqamlar çoxdur, ancaq onlara tam axı­ra­dək ay­dın­lıq gətirilmədi. Köməkçi çolağı bu hə­rə­kə­ti­nə görə ciddi mə­­zəmmət elədi, “qanunla biz itkiyə cavab vermirik, te­le­fo­nu da özünlə gəzdirməlisən, yad­dan çıxıb soyunub-geyinmə ota­ğında unutmağın inandırıcı deyil”, dedi. İkinci iş­­çidən başqa orda bir kimsə olmayıb. Çolağın bayıra çıxıb qa­yıt­ma­ğı cəmi üç dəqiqə çəkib. Qayıdıb, artıq telefon orda yoxuy­muş, şkafının üstünə qoyubmuş. İkinci işçi hündür boy­lu­dur. Qa­­nunvericiliyə görə... – Demək is­tə­yir­dim ki, “... it­­kiyə fab­­rik məsuliyyət daşıyır, bu barədə əmək məc­əl­lə­si­n­də maddə də var”,– ancaq sözümü kəsdi:
– Çolağın təzə telefonunu görən olubmu?
– Onun dediyinə görə, hə. Köməkçi sona qədər ina­­­­n­madığını təkrarladıqca, çolaq da hövsələdən çıxdı, artıq- əskik söyləndi. Bu, icraçı direktora to­xun­du, məsələni tez­ba­zar çürütdü. – Xidmətçi oğlan iri sinidə gətirdiklərini mizin üs­tünə düzürdü.
– Təzə pendirin varsa, qayıdanda gətirərsən, - ona tap­şır­dı. – Çəkinmə, işin içinə gir, səndə alı­na­caq. Bir şey var ki, mən də burda olmayacağam. Sənə deyirəm, hələ kimsə bil­mir: patron özü məni Gü­r­cüstana göndərir.
– Ora adamı gəlmişdi, bu qış iki ay şöbələrin, sexlərin işləri ilə tanış oldu, özü də götürümü yaxşı idi. Sovet dö­nə­min­də istehsalatçı olub...
– Həəə... İndi bizim istehsalatı qurduğumuz bö­yük bir za­vodun uzun müddət baş mühəndisi, da­ğı­lana kimi üç il di­rek­toru işləyib... Texnika elməli na­mi­zə­didir, bütün tes­t­lər­dən də uğurla keçmişdi, sonda baş patron yoxladı, – əlinin arxası ilə nəyisə qırağa itələyirmiş kimi, – kənarlaşdırdı. Hətta aşağı vəzifə üçün də yaramadı, yazıq, çünki yuxarı üçün nəzərdə tutulmuşdu.
– Nəyi uyğun gəlmədi bəs? – o, dərhal cavab vermədi, sakitcə araq şüşəsini qaldırıb, yazısına baxdı, başını yır­ğa­la­dı. Qapağını açıb qədəhlərə süzdü:
– Götür, bunu vuraq böyüklərin sağlığına, Allah onları bizə çox görməsin. Sağ ol! – birnəfəsə içdi, heç üz-gözünü tur­şu­t­ma­dı da. Mən də gözlərimi yumub içdim.
– Yaxşı arağa oxşayır. Mərkəzi ofisdə azal­t­mış­­dım, ürəyim istəyən adam yoxudu. Səninlə, nə­dən­sə tutur. Üz-gözünü turşutma, səndə birinci belə gedir də...
– Amma bayaqkı söhbəti başa çatdırmadın. Birdən-birə sən niyə göndərildin? Belə olanda iki ay yerli işçiyə xərc çəkilməyə ehtiyac varıdımı? – bu zaman xidmətçi oğlan qov­urmanı iri tavada gətirib ortaya qoydu. Oğlan bir qədər ayaq saxladı.
– Sən bir saatdan sonra kababları gətirərsən, al bunu, – iki manatı ona uzatdı. Oğlan pulu cibinə sa­la­raq təzim edib uzaqlaşdı.
– Donmamış yeyək, sino gedirdim buranın quzu iça­la­tın­dan qovurma üçün, – deyib yenidən qədəhlərə araq süzdü. Mən onun iştahla yeməsinə həmişə həsəd aparmışam. Lakin içdikcə sifəti qızarır, pörtürdü.
– Başa düş, bizim şirkətdə pul önəmli deyil, qazanırıq, sə­nin nəzərdə tutduğun xərclər bura üçün qəpik-quruşdur. İrə­lidəki iki ildə dörd postsovet res­pu­­b­likalarında filial fa­brik­lərimiz açılacaq. Bunun üçün orda fəaliyyətini da­ya­n­dır­mış çoxlu zavodlar işimizə yarayır. Biri artıq hazırdır, mən ge­­dirəm.
Gözləmədiyim halda gözlərini qıyıb çəpəki mənə baxdı:
– Mənim adıma diqqət yetiribsən?
– Nəyinə?
– Çox unikal addır. Dilimizdə çoxmu həm kişiyə, həm də arvada qoyulan ad var? – hər iki əl barmaqlarını gös­tə­r­di, – bu qədərnə olar?
– Diqqət etməmişəm, gərək sayasan, amma düz de­yir­sən, belə adlar var, – onda hər şeyə sanki hazır resept- ca­­vablar sıralanıb, ona görə beynini yormaq istəmirsən.
– Sənə gülməli görünə bilər. Adımın mənim hə­ya­tımda rolu çox olub. Bəzən utanıb çəkinmişəm, nalayiq iş, sü­rüş­­kən mövqe tutanda, əlüstü öz-özümə “sən filankəsin ar­va­­dın­dan artıq deyilsən ki...” dü­şü­nüb cəsarətlənmişəm. Çox itir­mə­mişəm. Sən özünə rəva görməyib edə bilmədiklərinə baş­qa­ları növ­bə­li­dir. Unutma! – Bir an məni gülmək tutdu, sual ağ­zı­m­dan qayıtdı:” İndi adın arvada qoyulursa, ge­r­çə­k­dən ara­da çönüb arvad olmalısan?” Ancaq yoox, o, ye­tə­rin­cə cid­di adamdı, keçmiş hərbçidi, hərbi hissə qə­sə­bə­­dən kö­çü­rü­lənədək müxtəlif vaxtlarda onun iki əsas şö­­bəsinə-kəş­fiy­yat və maliyyə şöbələrinə baş­çı­lıq et­miş­di. Burda da sayılan, kəs­di­yi başa sorğu-sual ol­ma­yan kadr idi. Fabrik yarana­n­dan ilk işçilərdəndi və buranın bütün cikini-bikini bilirdi. Həm də başqa yerdə, başqa adamların arasında, o, özünə rəva gör­məzdi belə danışıqlara getsin. İndən sonra istəsəm belə bu­nun söhbətinə həsrət qalacam, çünki bir-iki günün qona­­ğı­dır.
Yaxşı ki özü söhbətin yönünü dəyişdi:
– Köməkçini necə tanıyırsan? – bu tipli sual­la­rı da indiki iş yerində eşidirdim, həm də ancaq on­dan.
– Zahirən sakit, tədbirli, astagəl, hər şeyə göz qoyan...
– Bayaqkı araşdırma zamanı belə bir şey ağ­lın­dan keç­mə­di ki, yerlisi təzə bahalı telefonu götürüb, ona ötürüb...– si­q­areti sümürüb qədəhləri doldur­ma­ğı unutmadı.
– Düzü, yoxx...
– Yəni, düşünürsən ki, köməkçi telefon m­a­xi­na­­si­ya­sı­na gedəcək qədər əclaflaşa bilməz. Götür...– məni göz­lə­mədən arağı tulladı.
– Əminəm, əslində icraçı direktor qayıdandan sonra kö­məkçi elə də fikir söyləmədi... Qərar da ondan gəlmədi... – mən araqdan yarı içib yerə qoy­dum. Artıq tavada olan yemək qu­r­tarırdı. Bunu gen­dən görüb qulluqçu oğlan qıvraq ye­riş­lər­lə ka­ba­b­l­a­rı gətirdi.
– Başqa qulluq, tap­şırıq... – çönüb gedəndə dil-ağız elədi.
– Ayy, əclaf, punktualsan... – çəlimsiz xid­mət­çi hırı­l­da­dı. – Əəə, sənin stalova pişiyi kimi ağzın iş­lə­məlidi, arada özünə də bax. Gedə bilərsən...
İkinci araq butulkasını açdı. Özünün boş, mə­nim ya­rım­­çıq qədəhimi doldurdu.
– Afyorluq eləmə, axıradək vur, bir də Allah bilir nə vaxtı əlinə düşəcəm. Patrona söz vermişəm ki, orda iç­mə­yə­cəm. Sözümə əməl eləsəm, bu il Həcc ziyarətinə gön­də­ri­lə­cəm. Görək buna hünərim ye­tə­cəkmi? Götür, kababı da so­yu­­tma...
Yağlı tikəni dişinə çəkdi:
– Bilirsən, Gürcüstan təmsilçisində əclaflıq çatmadı, – hə­­­sədaparıcı yaddaşı vardı, söhbətin qal­dığı yerindən davam et­məyi bacarırdı, xa­tır­la­t­ma­ğa eh­tiyac yoxdu; əslində, hə­m­söh­bətinin köməyi ol­ma­dan ardıcıllıqla lazım bildiyi möv­zu­nu bərpa edir­­di, – bu, patronun nəzərindən yayınmamışdı. Pat­­­ron son söz sahibidir. Bu bədbəxt də ora üçün ha­zır­­­­lan­­mış­dı, alınmayanda başqa vəzifəyə gön­də­ril­məsi mü­m­kü­n­sü­z­dü. Mənim seçimimdə dayandılar, təklif edi­lən­də, düzü, bu, mənə gözlənilməz oldu. – İçki bədənə ye­ri­dikcə öz işini gö­rü­rdü, səsinin tonunu qal­dır­mış­dı.
– Köməkçi doqquz il bundan əvvəl böyük bir rayonun baş­çı­sının köməkçisi işləyib. Nə az, nə çox-səkkiz il. Ali təhsili olmasa da, çoox bicokdur. Heç vaxt kinini büruzə verməz, üzünə irişə-irişə torbanı tikər. Yaşadığı kənddən bir sakinin bu­­­­­­­­­­­­­ra girməsinə imkan verməyib, telefon oğrusu onun yeganə ye­­­­­­­­r­lisidir. Hələ ki, bu belədir. Başçının köməkçisi olanda bi­zim patrona yarınırdı. İndi özün təsəvvür elə, kim zəmanət verə bilər ki, yanında fırlanınca, özgə sahibi olmasın?!– Sö­h­­bə­tinə ara verib birdən qımışdı.
– İnək saxlayırsan? – Cavabımı gözləmədi: – Yəqin qo­yun­­ların da olmamış deyil.
– Kənd yerində bunlarsız keçinmək olmur. Xırda- para xə­rcliyi olur.
– Mən-heç zaman saxlamamışam, arvad ilk gündən ağıllı çıxdı. Deyirlər, iri buynuzlular böyük dərdlər üçündür: ya bıçağa tuş gəlir, ya da ziyana xərclənir.
– Olur, olur...
– Mal-qaranın, quşun, atın peyini ta qə­dim­lər­dən kənd­çinin gərəyi olub: odun kimi, gübrə kimi, şirə kimi istifadə edilib. Dəvənin, qoyunun qığından sa­vayı... Hara da töksən, yandırıb-qovuracaq... Bu kö­mək­çi də qığ kimi bir şeydir. Bura düşəndən baş­qa­la­rı­nı demirəm, az oymaqlı yandırmayıb haa... Kömək­çi, səni sevməz, amma hörmət edər; sən isə kö­mə­k­çi­ni sevərsən, amma hörmət etməzsən. Bu, mənim şəxsi qə­naətimdir. – O, qədəhləri doldurmaq istədi, mən eti­raz etdim:
– Mənim üçün bəsdir, elə sən də normanı keçdin, qalanını götür, sonra evdə vurarsan, – dedim.
– Onda qoy son dəfə içim, səninlə bunu etmək olar, qalanlar hamısı ağzı yırtıqdır, dərhal patrona çatdıracaqlar, – əlləri əsə-əsə öz qədəhini doldurdu.
– İkimizin sağlığına, çalış işi ələ al, içinə gir, çəkinmə, yoxsa köməkçi qabağa düşəcək. Ağlıma gəlib, biz oy­maq­lı­lar pərən-pərən düşdükcə zəi­flə­yi­rik, noolsun sən irəli çə­kil­din, mən xaricə getdim. Burda qalanlar qor-qoduqdur, bir­lik­­ləri yoxdur, pat­ron qıraqdan müşahidə edir, şəhərdə otu­rub buranı idarə etmək üçün hamını bir-birinə göz qoymaq- yax­şı düşünülmüş taktikadır, – qədəhdəkini başına çəkdi. Əli­nin içi ilə ağzını sildi. Yarımçıq butulkaya baxdı.
– Qulağını bəri gətir...– o, dikəldi. “Nəyi?” – so­ruş­maq is­­tədim, lakin söz ağzımda qaldı. O, lak stu­l­dan qalxan kimi lə­ngər vurub arxaya yıxıldı, stul yana düşdü. Nə baş ver­di­yi­ni anlamasam da, qo­lun­dan tutub dikəltdim.
– Bir yerin əzilmədi ki?
– Yaxşı çaya düşmədim, bunlar stul deyil ki... – üst-başını çırpdı. Bir ayağı sınmış stula baxırdı. – Xidmətçi gə­l­sin, haqq-hesabı desin, gedək.
Biz haqq-hesabı ödəyib asfalt yola çıxanda hava qa­ra­l­mışdı. Kəndə tərəf şütüyən maşınları sax­la­maq üçün yolun sağ tərəfinə keçdik.
– Sınmış stulun pulunu verməkdə düz elədik. Lakin ya­rımçıq araq yaddan çıxdı. Yaxşı oldu, iki səhvi birdən elə­mək yaramaz. Nə düşünürsən?
– Elədir, ətrafda tanış adam yox idi.
– Tüstüsü sonradan çıxacaq. Bizim sistemdə onsuz da patrona hamısını çatdırırlar... Sən də əlində adam saxla, hər növ­bədə, hər sexdə sadiq inandıqların olsun. Yoxsa işləyə bil­­mə­yə­cəksən, hamı hər yerdə belə fırlanır. Mə­ğ­rur­luq-filan, can yandırmaq hamısı be­kara şey­lər­dir, – o, səsini qaldırmışdı. Mən bilirdim onun eşi­tmə qa­bi­liy­yətinin ağır olduğunu, çox içkili vəziyyətdə isə hərəkətlərinə nəzarəti sadəcə itirirdi. Fikrimdə ancaq o dolaşırdı ki, nə olardı tez­lik­lə maşın rastımıza  çıxaydı. Tərslikdən elə bir yerdə da­yan­mış­dıq ki, bizi yalnız tanış adamlar götürə bilərdi.
Qəfildən ağ “Lexus” düz qənşərimizdə mıxlan-dı. Bu, pat­ro­nun qardaşının qaynı idi. O, qabaq, mən-sə arxa oturacaqda otu­r­duq.
– Sizdən çıxmayan iş, gecəyə qalıbsınız, fab-rikdən maşın götürsəydiniz.
– Burda əyləşmişdik, çoxdandır oturmurdum oymaqlı ilə, xasiyyətimə bələdsən-oymaqlı görmə­yən­­­­də burnumun ucu gö­y­nə­­yir.
– Gürcüstanda neyniyəcəksən? Mənim də işim çıxıb, yeznə nasazlıyıb, masaj eləməyə gedirəm. Ona gələn qada-bala bizə gəlsin, həə? – çönüb hər ikimizə baxdı.
– Elədir, canım qurban, Allah hər ikisini bizə çox gör­mə­sin. Bir tikə çörək üçün otuz il rusların qulluğunda dur­dum, alçaq evimin içi boş oldu. İndi uşaq-muşaq topda­ğıt­maz evlər tikir, kimin hesabına? Heç qızırğanmır da, əksinə ürəyi dağa dönür. Sən do­ğur­dan- doğruya patron üçün qayıdırsan?
– Həə, canımçün, burda olanda masajını mən edirəm. Elən­çiyinə baxma, bu işləri qurana kimi aeroportlarda, qatar va­ğ­zallarında yatdı, ağrı-acısı indi çıxır... Bir gecə necə qıvrıldığını gördüm, ilan dili çıxarırdı, dərmanı tapıb gətirdim, atdı, sakitləşdi. – O, mənə baxdı, ancaq baxışlarından bir şey tuta bil­mə­dim.
Biz patronun son təmirdən çıxan evinin qabağında dü­ş­dük. Onun əhvalı yuxarı idi.
– Hansısa başdanxarab deyib ki, Allah adamın ağlını almaq istəyəndə, onun bütün arzularını həyata keçirir. Patron Allahın bu taktikasından məharətlə istifadə edir.
– Əhəmiyyətli olanı, həyatda "ən çox şeyə sahib olmaq "deyil," ən az şeyə ehtiyac duymaqdır" – bunu isə hansı ağı­l­lı­­nın dediyini unutmuşam. “Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər, sonra sağ­lamlıqlarını geri almaq üçün pul ödəyərlər…” bu söz­lə­rin Əflatuna aid olduğunu dəqiq bilirəm.
– Əlbəttə, bizim hər birimiz gözlərimiz önündə baş ve­rən­lə­r­lə birbaşa əlaqəmiz olmadığını deyə bilərik, – o, yenə bu günki hadisəyə münasibət bildirdi, – lakin məşhur bir ifa­də beynimə girdi, onu yadımda qaldığı kimi deyirəm: “Kimin fatihəsinin oxun­­duğunu soruşma, sağ olmağına baxma, o, sənin üçün də oxunacaq”.
– Əəə, Almaz kişi, nə gecəyə qalıbsan, bayaqdan ürəyimin ətini yemişəm, arağının iyi düz əlli metr aralı vurur, düş qabağıma,- arvadı idi, gəldiyini görməmişdik.
– Ayrılmaq vaxtıdır. Bu da mənim patronum, qığlama Tınının qızı, gedirik... Onu deyirdim axıı... «İncil»də belə bir şey var: İuda İsa Peyğəmbəri sa­tan­da, böyük pula ümid edir. Amma ona 30 gümüş pul ve­rir­lər. Pula görə xəyanət olmaz…Arvad, nəhayət ki arzuna çatdın, sabahdan şələ-küləni yığ, xaricə yollanırıq.
Mən axşamın toranlığında qol-boyun olan cütlüyə baxıb tərli köynəyimin döş cibindən siqaret qutusunu götürüb açdım, birini damağıma qoyub yandırmaq istədim. Nədənsə, dodağımdakı siqareti də, cibimdəki qutunu da əzib yana tulladım və evimə aparan yola düzəldim.

Redaksiyadan: Oktyabr ayında “Mütərcim” Nəşriyyat-Poliqrafiya mərkəzində Aliq Nağıoğlunun “Markesin şəkli” hekayələr kitabı işıq üzü gördü. Bura son dövrdə yazdığı hekayələri daxil edilib. 500 nüsxə çıxan kitabı “Əli və Nino” mağazalar şəbəkəsindən əldə etmək olar.   

Комментариев нет:

Отправить комментарий