
Şəlalə Cavanşır
İran (Ərdəbil)
Yağmur yağır sənsizliyimə
ərğuvan sarmaşıqları
düyünlənir ıslaq saçlarıma
zamanın uzaqlıq tozu bürüyür yaşıl gözlərimi
ey mənim uzaq anılarım
səni hansı yanlızlığımdan tapıb
əllərinin varlığını hiss edim
bu qarlı qış gecəsində
zamanin nəmli öpücükləri
titrəyir dodaqlarımda
şəhər günəşdən məhrum qalan
qaranlıq bir ruhu daşıyır tənində
elə ağır elə səssiz
və elə yorğun baxışlarla!
Комментариев нет:
Отправить комментарий