13.11.2012

Şahzadəyə at peyini atmaq istədi, həbs edildi

Şahzadəyə at peyini atmaq istədi, həbs edildiYeni Zellandiyada bir nəfər Oklend şəhərinə səfər edən Britaniya şahzadəsi Çarlz və Kornuell hersoginyasına at peyini atmağa cəhd etdiyinə görə polis tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
“Telegraph”-ın verdiyi xəbərə görə, 74 yaşlı Sem Brakanov  kral ailəsinin şəhərə səfərindən qısa müddət əvvəl ona qarşı hücum həyata keçirməyə cəhd etməkdə ittiham edilib.
Məhkəmədə Brakanov günahsız olduğunu bildirib və özünə qarşı irəli sürülən iddiaları rədd edib. Onun azadlığa buraxılmasına baxmayaraq, məhkəmə Brakanova şahzadə və hersoginyanın Oklend səfəri zamanı onlardan azı 500 metr aralı məsafədə dayanmaq əmrini verib.
Brakanov məhkəmədə günahsız olduğunu desə də, mətbuat orqanlarına danışanda şahzadənin ölkəyə səfəri zamanı ona at peyini atmağı planlaşdırdığını bildirib.

ann.az

Комментариев нет:

Отправить комментарий