04.01.2013

“ABŞ dünya sülhünü təhdid edir”

ABŞ, dünya sülhünü təhdid edirŞimali Koreyada dərc edilən “Rodong Şinmun” qəzeti ABŞ-ın dünya sülhünü təhdid etdiyini yazıb

Şimali Koreyada İqtidardakı partiyanın mətbuat orqanı olan “Radong Şinmun”, ABŞ-ı sərt tənqid edib. Qəzetdə dərc edilən “Asiya və dünya sülhü üçün mübarizə” başlıqlı yazıda  ABŞ-ın bölgənin təhlükəsizliyini təhdid etdiyi bildirilir.
Yazıda ABŞ-ın Koreya torpağlarını işğal etməyə və dünyanı öz iradəsi altına almağa çalışdığı, ABŞ-ın ikinci Koreya müharibəsinə hazırlaşdığı bildirilir. Bölgədəki ABŞ əsgərlərinin başda Koreya yarımadası olmaq üzrə, Asiya-Sakit okean bölgəsinin təhlükəsizliyini sual altına aldığı ifadə edilən yazıda, soyuq müharibədən sonra ABŞ-ın tək qütblü dünya yaratmaq fəaliyyətləri tənqid edilir.

qafqaznews.com

Комментариев нет:

Отправить комментарий