22.01.2013

Alpay Azərin “Şax Yeriyənlər” kitabının təqdimatı oldu

Yanvarın 19-da Azərbaycan Avropa Hərəkatı təşkilatının ofisində “Müasir nəsr yazarları ilə görüş” keçirilib. Görüşdə həm də son illər hekayə ustası kimi tanınan yazar Alpay Azərin “Şax Yeriyənlər” adlı ilk kitabı təqdim edilib. Görüşdə iştirak edən “Yazı” ədəbiyyat dərgisinin redaktoru Azad Qaradərəli, gənc yazar Qismət Rüstəmov, şairə Rəbiqə Nazimqızı, Mövlud Mövlud kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər yazarın özünəməxsus yazı tərzindən, onun psixoloji hekayə janrı sahəsində yazdığı əsərlərindən bəhs ediblər.
 Görüşdə həmçinin Azərbaycanda müasir nəsrin vəziyyəti, on il əvvələ görə nəsrdəki yeniliklər, irəliləyişlər müzakirə edilib. Çıxış edən yazarlar köşə yazarlığının nəsr ədəbiyyatına mənfi təsirindən, siyasi baxışlarında görə yazarlar arasında yaranan ikitirəlikdən, tərcümə ədəbiyyatının vəziyyətindən və s. problemlərdən bəhs ediblər.

Namiq Hüseynli






























Комментариев нет:

Отправить комментарий